Ott Tyanak Almaniya Rallisinin şənbə günü keçirilmiş axşam bölməsindən sonra Andreas Mikkelsen üzərində üstünlüyünü qoruyub-saxlayıbdır.

M-Sport pilotunun Arena Panzerplatte hissəsini keçişdə konservativ yanaşmaya üstünlük verməsinə baxmayaraq, o üstünlüyünü 3,7 saniyə artırıb. Mikkelson isə, fərqi Panzerplatte əsas dopunda yarım saniyə, Friesen və Romerstresse doplarında 3,8 saniyə azaltmağa müvəffəq olub. 

Sebastyen Ojye, Friesen dopunda ən sürətli zamanı göstərsə də, bir qədər Mikkelsondan geridə qalıb. Məşhur fransız pilot çempionatdakı xallar barədə düşündüyünü etiraf edib. Onun əsas rəqibi Nevil təkər və asqı problemi ucbatından yarışdan kənar qaldıqdan sonra Ojye daha təmkinlə yarışmağa üstünlük verir.

Toyota pilotu Yuho Hanninenin Panzerplatte dopunda amortizatorunu zədələməsi Elfin Evansa dördüncülüyü qaytarmağa kömək edib. Qeyd edək ki, axşam bölümünün başlanğıcında uelsi fin pilotu üstələməyə müvəffəq olmuşdu. İndi fin pilot Evansa 4,2 saniyə uduzur. Kreq Brin Hanninenlə olan fərqi 14,2 saniyəyə qədər azaldaraq, final günü öncəsi dördüncülük uğrunda mübarizəyə qoşulmaq imkanı əldə edib.

Panzerplatte dopunda Hanninenlə yanaşı Kris Mik də problemlərlə üzləşib. Sonunda britaniyalı su nasosu ilə problemlər üzündən yarışı tərk edib. Qalan pilotlar da problemlərlə üzləşiblər: Yari-Matti Latvala, Yan Kopetski və Esapekka Lappi kiçik daşların üzərindən keçərək, təkərin yavaş-yavaş boşalmasından şikayət ediblər.

Bu səbəbdən də Kopetski WRC2-də liderliyi Erik Kamilyiyə verib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt