Almaniya Rallisinin final gününün səhər bölümündə M-Sport pilotu Ott Tyanak liderliyini davam etdirib.
Hər iki səhər xüsusi hissələrində estoniyalı pilot əsas rəqibi Andreas Mikkelsenə uduzsa da, onun norveçli üzərində olan üstünlüyü cüzi miqdarda azalıb - iki pilot arasındakı fərq 24,1 saniyədən 18 saniyəyə enib. Eyni zamanda, Citroen komandasının pilotu onu təqib edən Sebastyen Ojyedən uzaqlaşmağa müvəffəq olub. Hazırda iki pilotu 19,3 saniyə ayırır. Dünən yarışdan kənar qalmış çempionatın lideri Tyerri Nevil yenidən yarışa qayıdaraq xüsusi bonus hissəsində xal uğrunda mübarizə aparacaqdır.
Belçikalı birinci dopda doqquzuncu, ikinci də isə altıncı nəticəni göstərib. Dördüncü yer uğrunda mübarizədə Yuho Hanninen, səkkizinci xüsusi hissədə hərəkət istiqamətində səhvə yol vermiş Elfin Evansı keçmib.
Öz növbəsində, Kreq Brin uelsiliyə 7,1 saniyə uduzur. Yari-Matti Latvala və Heyden Paddon müvafiq olaraq yeddinci və səkkizincidirlər. İlk onluğu Armin Kremer və Erik Kamilli tamamlayır.