M-Sport komandasının eston pilotu Ott Tyanak Almaniya Rallisində qalib gələrək karyerasındakı ikinci qələbəsini əldə edib.

Yarışların birinci günü liderliyə yüksələn estoniyalı bazar günü keçirilmiş dörd xüsusi hissənin gedişinə nəzarət edərək, sonuncu 21-ci dopdan sonra Andeas Mikkelseni 16,4 saniyə üstələyib.

"Möhtəşəm hisslər keçirirəm, - Ojyedən ilə xal fərqini 24-ə düşürən Tyanak bildirib. - Biz bu rallini yaxşı başladıq və sonradan isə əsas məsələ rəqiblərlə olan fərqə nəzarət etmək idi. Asfalt rallisində ilk qələbəni qazanmaq əladır.

Biz 25 xal qazanaraq titul uğrunda mübarizəyə qoşulmaq şansını əldə etmişik. Əgər çempion olmaq istəyiriksə, qələbə qazanmağa davam etmək gərəkdir".

Dörd mövsümdür ki qələbəyə həsrət qalmış M-Sport komandası üçün Almaniyadakı qələbə bu mövsümdə əldə edilən dördüncü qələbə olub: Tyanakın Sardiniyadakı, Ojyenin isə Monte-Karlo və Portuqaliyadakı qələbələri bura daxildir. 

Ott Tyanak, Martin Yarveoya (M-Sport)

Mikkelsen üçün isə, Almaniya Rallisindəki ikincilik Cirtoen’nin zavod komandasının tərkibində əldə etdiyi ən yaxşı nəticə olub. Xatırladaq ki, Mikkelsen üç mərhələ bundan öncə, Sardiniya Rallisində Citroen komandasına keçmişdi. Bundan başqa, norveçli pilot fransız markasına Kris Mikin Meksika Rallisindəki qələbəsindən sonra ikinci podiumunu qazandırıb.

"Həm mən və Anders (Cager, Mikkelsenin şturmanı), həm də Citroen komandası üçün əla həftəsonu oldu,  - Mikkelsen təəssüratları ilə bölüşüb. - Bu yarış çox çətin yarış oldu. Əsasən də, dəyişən hava şəraitində keçən birinci gün çox çətin idi. Mən həqiqətən də tam gücümlə mübarizə aparırdım. Bir-iki səhvə yol versəm də, ümumilikdə çıxışımdan çox razıyam".

Andreas Mikkelsen, Anders Cager (Citroen Motorsport)

Qüvvədə olan dünya çempionu Sebastyen Ojye bazar günü də Mikkelsenlə mübarizə apara bilməyib. Fransız pilot üçüncü yer və xüsusi bonus hissəsində əldə etdiyi xallar, həmçinin Tyerri Nevilin yarışdan kənar qalması hesabına pilotlar çempionatında liderliyi ələ keçirib. Mövsümün bitməsinə üç yarış qala çempionluğa iddialı olan iki namizəd arasında fərq 17 xala çatıb.

"Bu həftəsonu qarşımıza qoyduğumuz məqsədə çatdıq, - Ojye bildirib. Nevil yarışdan kənar qaldıqdan sonra tam gücümlə hücuma atılmağa cürət etmirdim. Sürətimiz bir qədər çatmasa da, biz çempionatdakı vəziyyəti nəzərə alaraq, nəticədən razı qalmalıyıq". Dördüncü yerdə Toyota pilotaları arasında ən yaxşı nəticə göstərmiş Yuho Hanninen finiş görüb. Fin pilot son iki mərhələdə bu mövsümün ilk səkkiz yarışında əldə etdiyi xallar (30) qədər xal (28) qazanıb.

Citroen C3 avtomobilinin asfalta olan yaxşı formasını Kreq Brin də təsdiq edib. Bazar gününün birinci dopunda Elfin Evansı qabaqlayan irlandiyalı, onu son xüsusi hissədə də arxasında saxlamağa müvəffəq olub. 

Rallidə 15 illik iştirak təcrubəsi olan Yari-Matti Latvala Almaniyanın asfalt trassalarında çox zaman uğurlu olmayıb. O burada yalnız iki dəfə - 2012 və 2015-ci illərdə podiuma qalxa bilib. Bu yarışda da fin pilot XH8 və XH17-də qələbə qazansa da, ümumilikdə yeddinci yerdən yuxarı qalxa bilməyib.

İlk onluğu Heyden Paddon, Armin Kremer və WRC2 kateqoriyasında qalib gələn Erik Kamilli tamamlayıb. Artıq çempionatın işirakçılarını təxmini  iki aylıq fasilə gözləyir. Dünya ralli çempionatının növbəti mərhələsi 5-8 oktyabr tarixlərində İspaniyada keçirləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt