M-Sport komandasının estoniyalı pilotu Ott Tyanak Almaniya Rallisinin səhər bölməsindən sonra Andreas Mikkelsenlə olan fərqi 23 saniyəyə qədər artırıb.

Tyanak səhər bölümünü 5,7 saniyəlik fərqlə başlasa da, əvvəlcə Panzerplatte hissəsinin qısaldılmış, sonra isə tam variantımda ən sürəli zamana imza atıb. Halbuki Mikkelsen bu hissələri çətinliklə keçərək və məşhur dopu 15,3 saniyə geridəqalma ilə başa vurub. 

Freisen hissəsində də vəziyyət dəyişməyib: estop pilot fərqi artımağa davam edib, Mikkelsen isə geri qalmağa başlayıb. Son xüsusi hissə Mikkelsen bir qədər sürəti artırsa da, onun liderdən fərqi 23 saniyə təşkil edib. Sebastyen Ojje isə, öz növbəsində, keçmiş komanda yoldaşı ilə olan fərqi 6,3 saniyə azaldıb. Panzerplatte dopunun qalibi isə, dopu Ojyedən 2,4 saniyə yeyin qət edən Toyota pilotu Yuho Hanninen olub. Fin pilot Elfin Evansa dördüncü yer uğrunda ciddi mübarizə aparır. Nəticədə, uelsi 0,8 saniyə üstünlüyü ilə önə çıxıb. 

Yarışı yeddinci və səkkizinci olaraq Kreq Brin və Yari Matti Latvala davam etdirirlər. WRC2 kateqoriyasında Yan Kopetski Erik Kamilyini üstəyələk liderliyini davam etdirir.