M-Sport komandasının estoniyalı pilotu Ott Tyanak Almaniya Rallisinin ilk gününü lider olaraq tamamlayıb.
Cümə günü qət edilən məsafənin əksər hissəsini estoniyalı pilot Andreas Mikkelsenin ardınca ikinci olaraq keçirib. Lakin, norveçli pilotun yeddinci xüsusi hissədə şin seçimində buraxdığı səhvdən sonra Tyanak liderliyə yüksəlməyi bacarıb.
"Bu gün çox mürəkkəb şərait mövcud idi. Hansısa məqamda hətta palçıqda ilişib qalmışdım. Slik təkərlərlə trassa qayıtmaq çox çətin idi. Lakin, mən məmnunam, əla gündür", - XH8-dən sonra 5,7 saniyə üstünlüyə malik olan Tyanak bildirib.

Citroen şirkətinin zavod komandasında üçüncü yarışını keçirən Andreas Mikkelsen də öz çıxışından razı qalıb. "Əslində mən çox razıyam. Bu gün biz maksimuma nail olmuşuq. Şərait çox mürəkkəb idi və bizim tempimizi start vərəqəsində yanımızda olanların tempi ilə müqayisə etmək gərəkdir. Biz Kris Mikdən 10 saniyə yeyindik və bu bizim var gücümüz ilə hücum etdiyimizin sübutudur", - norveçli pilot öz təəssüratları ilə bölüşüb. Titul uğrunda mübarizə aparan iki namizəddən qalib gələni Tyerri Nevil olub.
Səhər belçikalı yarışı altıncı davam etdirsə də, səhər sessiyasında o ciddi irəliləyiş göstərib.
Qısa tamaşaçı hissəsindən sonra Nevil Ojyeyə 18,7 saniyə uduzsa da, qüvvədə olan çempionun səhvindən sonra üçüncülüyə yüksəlib. "Yerində dönmədən sonra mən 20 saniyə itirdim. Çox acınacaqlıdır, amma nə etmək olar. Bilirdim ki, bu gün çətin olacaq, çünki optimal tənzimləmələri tapa bilməmişdim. Lakin, bizi sabah yeni gün gözləyir", - günü dördüncü tamamlayan Ojye bildirib.
DMACK pilotu Elfin Evans cümə günün beşinci olaraq tamamlayıb. O, Toyota pilotu Yuho Hannineni 20 saniyə üstələməyə müvəffəq olub. Toyota komandasının digər iki fin pilotu isə problemlərlə üzləşiblər. Yari-Matti Latvalanın avtomobili yol hissəndə xarab olsa da, üçqat dünya çempionu yarışı davam etdirə bilib.
Esapekka Lappi isə sol ön təkərin zədələnməsindən sonra ümumiyyətlə yarışdan kənar qalıb.
İki Toyota pilotunun arasında Kreq Brin yerləşib, Heyden Paddon və Yan Kopezki ilk onluğu tamamlayıblar.