Çempionata liderlik edən Tyerri Nevil bu gün keçirilmiş birinci xüsusi hissədə yarışdan kənar qalıb. Nəticədə, Tyerrinin əsas rəqibi Sebastyen Ojye üçüncü yerə yüksəlib.
Panzerplatte hissəsindən sonra aydın olub ki, Nevilin avtomobilini təmir etmək mümkün deyil - təkər topunun asqıdan aralanması ucbatından arxa sol təkər yerindən çixib. Nevilin şturmanı Gilsul nasazlığın səbəbini asqını sınmasında görüb.
"Hər şey yavaş keçilən döngədə baş verdi və biz problemin nədən ibarət olduğunu bilmirik, - Gilsul bildirib. - Biz arxa oxa nəyinsə toxunduğunu hiss etdik. Ola bilsin ki, nəyəsə toxunmuşuq. Aydındır ki, asqı sınıb. Baş verəni təhlil etmək gərəkdir. Əlbəttə bu fəlakətdir, amma mən hər şeyə müsbət baxıram. Almaniya Rallisində istənilən hadisə baş verə bilər".
Nevil bazar günü bonus xallarını qazanmaq üçün WRC2 kateqoriyasında yarışı davam etdirə bilər. Nevilin yarışdan kənar qalmasından sonra üçüncülüyə yüksələn Ojye Mikkelsenə 15,3 saniyə uduzur.
Sebastyenin komanda yoldaşı Ott Tyanak əvvəlki kimi liderlik edir.