WRC2 kateqoriyasında çıxış edən çexiyalı pilot Yan Kopezki Amlaniya Rallisinin birinci xüsusi hissəsində sensasiyaya imza atıb.

Skoda Fabia R5 ralli avtomobilində çıxış edən çex pilot tamaşaçı dopunda ən yaxşı zamanı göstərib. Saarbryukken şəhərinin mərkəzində cümə axşamı keçirilən hissədə Kopezki Ott Tanyakı 0,3 saniyə üstələməyə müvəffəq olub. Dopun üçüncü nəticəsini isə Citroen pilotu Kreq Brin göstərib.

Dördüncü yeri eyni zamanı göstərən Sebastyen Ojye və Andreas Mikkelsen bölüşdürüblər. Ojyenin əsas rəqibi olan Tyerri Nevil isə liderə 2,7 saniyə uduzaraq doqquzuncu nəticəni qeydə alıb. Citroen pilotu Kris Mik isə uğursuzluqla üzləşib. O, avtomobilini çəpərə vuraraq sükan idarəetməsini zədələyib. İrlandiyalı pilot birinci dopda yarışdan kənar qaldığı üçün, bu gün trassa 10 dəqiqəlik cərimə ilə çıxacaqdır. 

Almaniya Rallisinin birinci günü iştirakçılara ümumi uzunluğu 108,51 kilometr olan yeddi xüsusi hissəni qət etmək gərəkdir.