Almaniyanın limitsiz avtomagistrallar ölkəsi olduğunu hər kəs bilir. Yanacaq sərfiyyatını vecinə almayan sürət həvəskarları burada ürəkləri istədikləri və ya hünərləri çatırları sürətlə avtomobillərini idarə edə bilərlər. Lakin, belə avtobanlar yox olmaq təhlükəsi ilə üzləşiblər.
Almaniya hökumətinə təqdim edilmiş nəqliyyatın inkişaf planı limitsiz avtobanlardan imtina etməyi nəzərdə tutur. Planın qəbul edilməsi halında bütün sürətli magistrallarda 130 km/saatlıq sürət məhdudiyyəti qoyulacaq, həmçinin yanacaq-sürtkü materiallarına tətbiq edilən vergi artırılacaqdır.
"Reuters" agentliyinin məlumatına əsasən Gələcəyin milli mobillik platformasının işçi qrupunun təklif etdiyi tədbirlər planı nəqliyyatın atdığı zərərli tullantıların səviyyəsini iki dəfə azaltmağı nəzərdə tutur. Limitisiz avtobanların qadağan edilməsindən başqa, işçi qrupu dizel avtomobillərinin alınması zamanı tətbiq edilən vergi güzəştlərinin ləğv edilməsini tələb etmək niyyətindədirlər. Bununla yanaşı, onlar elektrokar və hibridlərin istehsal kvotalaşdırılmasını artırmağı tələb edəcəklər.