Almaniyanın mobile.de portalında işlənilmiş Lada 4x4 pikapının satılması barədə elan yerləşdirilmişdir. Ofroderin sahibi avtomobilini 25 min avro dəyərində qiymətləndirmişdir. Rusiyanın ex-roadmedia.ru və motor.ru saytlarının bildirdiyinə görə, ofroder ciddi dəyişikliklərə məruz qalmış və mürəkkəb yolsuzluq şəraiti üçün hazırlanmışdır.

Avtomobil yolsuzluq üçün aksessuarlar satan alman mağazasının sifarişi ilə hazırlanmışdır. Lada 4x4 Freestyle adı almış avtomobilin kuzovu U-Pol Raptor materialından istifadə etməklə iki rəngə boyanmışdır. Ofroderin klirensi beş santimetr artırılmış , eyni zamanda avtomobil BF Goodrich şinləri ilə təchiz edilmişdir.

Pikap işıqdiodlarından hazırlanmış ön işıq texnikasına, ondə və arxada quraşdırılmış əlavə işıqlandırmaya, elektrik bucurqada, şnorkelə, “ekspedisiya” baqajına və kabinanın arxasına yerləşdirilmiş güc qövslərinə malik olmuşdur. Bundan başqa avtomobil,  arxa oxun VAL Racing qapanmasına və 1,7-litrlik mühərrikin diaqnostika və tənzimləmələr üçün OBD birləşməsi olan optimallaşdırılmış idarəetmə blokuna sahib olmuşdur. Mühərrik təbii qazla işləmək üçün uyğunlaşdırılmışdır. Lada ofroderinin interyeri də təkmilləşdirilmişdir.

Avtomobil yeni sükanı və cihazlar panelini əldə etmiş və dəri ilə örtülmüş oturacaqlarla təchiz edilmişdir. Avtomobilin yaradıcısı 14 gün ərzində onunla altı Avropa İttifaqı ölkəsinə və Mərakeşə səyahət edərək 7500 kilometr məsafə qət etmişdir.  

Hazırda avtomobilin yürüşü 12 min kilometr təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt