Almaniyada yerləşən Spofec tüninq atelyesi Rolls-Royce Dawn kabrioleti üçün təkmilləşdirmələr proqramını təqdim etmişdir. Yenilənmələr nəticəsində 6,6-litrlik iki turbikompressorlu V12 mühərrikinin gücü 570 at qüvvəsindən 686 at qüvvəsinə, fırlanma anı isə 570 Nm-dən 980 Nm-ə qədər yüksəldilmişdir.
Dəbdəbəli kabriolet 100 km/saat həddinə 4,6 saniyəyə sürətlənir ki, bu da standart modeldə olduğundan 0,3 saniyə daha yeyindir. Bununla belə, tünerlər 250 km/saat həddində məhdudlaşdırılmış maksimal sürət limitini götürmək fikrindən daşınmışdırlar. Təkmilləşdirilmiş Rolls-Royce Dawn kabrioleti paslanmayan poladdan olan buraxılış sistemini əldə etmişdir ki, bu sistem də standart səsboğucudan beş kiloqram az çəkiyə malikdir.Bundan başqa, tuninq ustaları avtomobilə karbon-saxsıdan hazırlanmış əyləc mexanizmlərini quraşdırmışdırlar ki, bu da kabrioletin çəkisini 38 kiloqrama qədər azaltmağa şərait yaratmışdır. Dəbdəbəli kabriolet yeni ön və arxa bamperlərlə, yeni formalı yan kandarlarla və daha şıq arxa spoylerlə də təchiz edilmişdir. Avtomobilin 22 düymlük təkər diskləri eksteryerdəki dəyişikliklərin son nəqşidir.
Eyni zamanda tünerlər 140 km/saat həddinə qədər olan sürətlərdə avtomobilin klirensini 40 millimetr azaldan modul asqısı ilə də təchiz etmişdir. Bu sürətdən yuxarı həddlərdə asqı standart hündürlüyə qayıdır.