“Almaz-Antey” müdafiə konserni E-Neva adlı elektrik krossoverini buraxacağını bəyan edib. Bu günlərdə elektrik krossoverinin miqyaslı maketinin yaradılması prosesini əks etdirən videoçarx YouTube kanalında peyda olub. Bu barədə “Russkiy Avtomobil” nəşri xəbər verib.

Nəşrin bildirdiyinə görə, 1:24 miqyasında olan modelin kiçik partiyasının hazırlanması Belarusun Unimo şirkətinə həvalə edilib. Məhz bu şirkət, KamAZ şirkəti tərəfindən nümayiş etdirilmiş Kama-1 elektromobilinin seriyaöncəsi prototipinin hazırlanmasına cavabdeh olub. Miqyaslı E-Neva modelləri müxtəlif forumlar və sərgilərdə nümayiş etdirilmək üçün nəzərdə tutulublar.

Bu günə qədər “Almaz-Antey” konserni eksteryer və interyer detallarının aydın şəkildə göründüyü rəsmi renderləri nümayiş etdirib. Bir müddət bundan əvvəl isə, avtomobilin eksteryer dizaynını nümayiş etdirən patent təsvirləri isə, Federal Sənaye Mülkiyyəti İnstitutunun saytında peyda olmuşdular.

Xatırladaq ki, gələcək krossover orijinal NEVA platformasında inşa ediləcəkdir. Elektrokar ümumi gücü 435 at qüvvəsi olan ikimühərrikli güc qurğusu ilə hərəkətə gələcəkdir. E-Neva 60 km/saat həddinə 2,7 saniyəyə sürətlənəcək və 197 km/saatlıq maksimal sürət həddinə malik olacaqdır. Elektrik versiyasının yürüş ehtiyatı 463 kilometr olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

NEVA platforması həm elektrik, həm də ardıcıl hibrid güc qurğularının quraşdırılmasına imkan verir. Birinci halda batareyanın tutumu 90 kilovat-saat, gediş ehtiyatı isə 463 kilometr təşkil edir. Hibrid variantda isə, batareyanın tutumu 70 kilvat-saata qədər azaldılır, qaz balonu və müvafiq mühərrik quraşdırılır. Bu, ümumi gücün dəyişməz qalmasına baxmayaraq, gediş ehtiyatını 810 kilometrə qədər artırmağa imkan verir.  

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.