Alpina brendi iki il əvvəl BMW konserninin mülkiyyətinə keçib, lakin müqaviləyə əsasən 2026-cı ilin yanvarına qədər Alpina Burkard Bovensiepen şirkətinin bir hissəsi kimi əvvəlki iş rejimində işləyəcək. Artıq yeni formata keçid üçün hazırlıqlar gedir: məsələn, bu yaxınlarda nəsil dəyişdirən beşinci və yeddinci seriyanın avtomobilləri Alpina brendi altında buraxılmırlar.

Lakin Bovenzipen istehsalçısı qalan modelləri öz çeşidində saxlayır və onları donor BMW avtomobillərdən sonra modernləşdirir. Üçüncü və dördüncü seriyanın yenilənməsinin ardından Alpina yenilənmiş BMW Alpina B3 (sedan və universal) və B4 (liftbək) modellərini təqdim edib. İndi onlar GT prefiksinə sahib olublar.

Yenilənmənin əsas xüsusiyyəti 3,0-litrlik S58 sıralı biturbo mühərrikinin gücünün növbəti dəfə 495-dən 529 at qüvvəsinə yüksəlməsidir. İndi bu göstəriciyə görə, Alpina simvolik olaraq zavod BMW M3 Competition və M4 Competition modellərindən cəmi bir at qüvvəsi ilə geri qalırlar.

Fırlanma anı dəyişməz qalıb (730 Nm), çünki o, artıq M modellərindəkindən (650 Nm) nəzərəçarpacaq dərəcədə çoxdur. Tam ötürmə sistemi və ZF 8HP76 avtomatik transmissiyası da əvvəlkidir.

Nəticədə avtomobillər 100 km/saat sürətlənmək üçün 0,2 saniyə daha az vaxt sərf edirlər. B3 GT sedanı bu işə 3,4 saniyə, B3 GT Touring universalı və B4 GT liftbək isə, 3,5 saniyə sərf edir. Sedan və liftbək 200 km/saat həddini 11,6 saniyəyə toplayır, universal isə, bir qədər yavaşdır - 12,0 saniyə.

Bütün modellərin maksimal sürəti 3 km/saat artıb: sedan - 308 km/saata, universal və liftbək isə 305 km/saata qədər sürətlənir. 

Beləliklə, Alpina modelləri BMW M3 Competition modelini təkcə güc baxımından deyil, həm də 100 km/saata (zavod sedanı - 3,5, universalı - 3,6 saniyə), həm də 200 km/saata qədər sürətlənmə dinamikası baxımından da üstündür (müvafiq olaraq -11,8 və 12,4 saniyə).

Artan dinamik imkanlara uyğunlaşmaq üçün, B3 GT və B4 GT modellərinin şassiləri daha böyük diametrli arxa stabilizatorı və yeni amortizatorları alıblar. Ön asqı gücləndirilmiş bərkitmə nöqtələrinə malikdir, sükan idarəetməsinin və arxa differensialın tənzimləmələrinə yenidən baxılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Alpine B3 modelinin xarici görünüşü dəyişməyib, lakin B4 liftbəki donor BMW modeli kimi, yeni işıqlandırma avadanlığını alıb. Bütün modellərdə splitter və diffuzor şəklində orijinal əlavələri almış M-bamperlər quraşdırılır,  arxa tərəf isə, buraxılış sisteminin dörd lüləsi ilə bəzədilib. Görünüşü bürünc rəngə boyanmış 20 düymlük çoxmilli təkər diskləri tamamlayır. Daxili yeniləmələr orijinal BMW modellərindəkilər ilə eynidir.

Yenilənmiş modellərə sifarişlər artıq qəbul olunur. Almaniyada BMW Alpina B3 GT sedanının qiyməti 101 700 avrodan, universalın - 102 900 avrodan, B4 GT liftbəkinin isə, 105 100 avrodan başlayır. Yeri gəlmişkən, D3 S və D4 S dizel modelləri hələ də yenilənmədən əvvəlki formada qalırlar.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.