Baza BMW 3 Series sedan və universalından sonra Alpina brendi altında buraxılan versiyalar da yenilənib. Restaylinq edilmiş Alpina B3 (benzin mühərriki ilə) və Alpina D3 S (turbodizel ilə) modelləri eyni zamanda təqdim olunsalar da, onlardan yalnız biri texniki modernləşdirmədən keçib.

BMW Alpina B3 sedanları və universalları iki ay əvvəl BMW Alpina B4 Gran Coupe liftbəkində debüt etmiş 3,0-litrlik S58 bi-turbo mühərriki ilə təchiz edilirlər. Əvvəlki mühərriklə müqayisədə onun hasilatı 462 at qüvvəsi və 700 Nm-dən 495 at qüvvəsi və 730 Nm-ə qədər artırılıb.

Alpina B3 sedanı

Əgər güc baxımından belə Alpina hələ də seriya BMW M3 Competition (510 at qüvvəsi, 650 Nm) modelindən geri qalırsa, fırlanma anı baxımından isə onu ciddi şəkildə üstələyir. Əvvəlki kimi, BMW Alpina B3 modelləri gücləndirilmiş səkkiz pilləli avtomatik transmissiya və tam ötürmə ilə təchiz edilirlər.

Gücü artırılmış mühərrik avtomobillərin dinamik xüsusiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. BMW Alpina B3 sedanı 0-dan 100 km/saata 3,6 saniyəyə, 200 km/saata isə 12,2 saniyəyə sürətlənir (əvvəllər bu, müvafiq olaraq 3,8 və 13,4 saniyə idi).

Alpina B3

Universal bir qədər yavaşdır: 3,7 və 12,7 saniyə. Bununla belə, təkmilləşdirmədən sonra maksimal sürət cəmi 2 km/saat artıb - sedan -  305 km/saat, universal isə 302 km/saat həddinə qədər sürətlənir.

Yenilənmiş BMW Alpina D3 S modeli 48 voltluq starter-generatoru olan əvvəlki 3,0-litrlik altısilindrli biturbodizelini qoruyub. 355 at qüvvəsi və 730 Nm hasil edən mühərrikin yenidən sazlanmış tənzimlənmələri qaz pedalının basılmasına reaksiyanı bir qədər yaxşılaşdırmağa imkan verib.

Alpina D3 S universalı

Səkkiz pilləli “avtomat” və tam ötürmə də saxlanılıb. Belə “üçlüklər” 100 km/saat həddini 4,6 və 4,8 saniyəyə (müvafiq olaraq sedan və universal), 200 km/saat həddini isə 17,5 və 18,3 saniyəyə toplayırlar. Maksimal sürət müvafiq olaraq, 273 və 270 km/saatdır.

Alpina modellləri donor BMW 3 Series ilə eyni dəyişiklikləri alıblar. Avtomobillərdə orijinal örtükləri olan M-bamperlər quraşdırılıb. Məsələn, arxa bamperdəki splitter zavod avtomobillərinə nisbətən daha sadə formaya malikdir.

Alpina D3 S

Alpina markası altında buraxılan avtomobillərdə orijinal adaptiv amortizatorlar, digər yaylar və qalınlığı artırılmış stabilizatorları quraşdırılıb, lakin B3 və D3 S modelləri B4 liftbəki kimi iri gücləndiriciləri almayıblar.

Məcburi təkmilləşdirmələr siyahısına cihazlar panelinin “uyğunlaşdırılmış” qrafikası (firma mavi-yaşıl rənglərində) və media sisteminin idarəetmə şaybasındakı sensorlu panelin söndürülməsi daxildir: bu, Alpina şirkətinin prinsipial mövqeyidir. Həmişə olduğu kimi, interyerin zərif Lavalina dərisi ilə tam üzlənməsi də təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Alpina B3 və D3 S modellərinə sifarişlər artıq qəbul olunur, lakin çatdırılmalara yalnız oktyabr ayında başlanacaqdır. BMW Alpina D3 S modellərinin qiyməti 77 000 avrodan, BMW Alpina B3 modelləinin isə 88 600 avrodan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.