BMW avtomobillərinin təkmilləşdirilməsi üzrə ixtisaslaşmış Alpina şirkəti yeni sportkarı - B4 Gran Coupe modelini təqdim edib. Bu M4 Gran Coupe liftbekin yoxluğunda onun yerini qismən də olsa dolduracaq təkmilləşdirilmiş BMW 4 Series Gran Coupe modelidir.

B4 Gran Coupe modeli BMW M440i Gran Coupe xDrive modelinə əsaslanır, lakin ikiaxınlı turbokompressoru olan B58 (374 at qüvvəsi və 500 Nm) mühərrikinin əvəzinə iki ayrı komprressoru olan könhə N54 mühərriki quraşdırılıb. Alpina mühəndisləri bu mühərrikə sadiqdirlər, çünki o daha qısagedişlidir, dövrləri asan toplayır və aşağı dövrlərdə daha yaxşı dartmaya malikdir.   

Təkmilləşdirmələr də az deyil. Porşenin gedişi 89,6-dan 90 millimetrə (istənilən halda, bu B58 mührrikindəki 94,6 millimetrdən azdır) qədər artırılıb, buna görə də, mühərrikin iş həcmi 2979-dan 2993 kub santimetrə qədər artıb. Sııxılma dərəcəsi də 10,2:1-dən 9,2:1-ə qədər azaladılıb, daha məhsuldar turbokompressorlar və yeni buraxılış sistemi quraşdırılıb.

Əgər BMW Alpina B3 sedan və universalında bu mühərrik 462 at qüvvəsi və 700 Nm hasil edirsə, B4 liftbekində aqreqatın hasilatı 495 at qüvvəsi və 730 Nm təşkil edir. Müqayisə üçün, M4 Competition mçodelində S58 biturbomühərriki 510 at qüvvəsi və 650 Nm fırlanma anı təklif edir.

BMW Alpina B4 Gran Coupe AWD modeli təkmilləşdirilmiş 8-pilləli “avtomat”, ön oxu qoşan gücləndirilmiş muftası və arxa differensialın elektron kilidlənməsi olan tam ötürmə sistemi ilə təchiz edilir.

Bundan başqa, liftbek adaptiv amortizatorları, başqa yayları və daha qalın stabilizatorları əldə edib. Kuzovun sərtliyini artırmaq üçün, adi “dartmalar” (iki boltla bərkidilirlər) dörd bərkitmə nöqtəsi olan orijinal gücləndiricilər ilə əvəzləniblər.

Liftbek standart olaraq adaptiv sükan mexanizmi ilə təchiz edilir.  Ön oxdakı dördporşenli mexanizmləri olan əyləclər BMW 440i modelində də var, lakin Alpina daha iri 395 millimetrlik əyləc disklərinə üstünlük verir: onlar standart 348 millimetrlik diskləri əvəzləyiblər.

Arxa disklər standartdırlar (345 millimetr). Əlavə ödəniş müqabilində, M4 modelində olduğu kimi, karbon-keramik əyləc mexanizmlərini sifariş etmək olar.

1965 kiloqramlıq çəkiyə malik olan B4 Gran Coupe liftbeki 100 km/saata 3,7 saniyəyə sürətlənir. Bu, M4 Competition kupesində olduğundan 0,2 saniyə çoxdur. Lakin Alpina modelində maksimal sürətin məhdudlaşdırıcısı yoxdur, ona görə də, onun maksimal sürəti 301 km/saatdır. Xatırladaq ki, M4 kupesi 250 km/saat (opsional paketlə 290 km/saat) həddinə qədər sürətlənir.

Zahiri cəhətdən, yeni BMW Alpina B4 Gran Coupe modeli ilkin BMW M440i liftbekdən bamperlərdəki örtümələr (ön splitter və arxa diffuzor), dörd çıxış borusu olan buraxılış sistemi və firma dizaynlı 20-düymlük təkər diskləri ilə seçilir.

əkmilləşdirmələrin mütləq siyahısına cihazlar panelinin “uyğunlaşdırılmış” qrafikası (fon rəngi və şriftlər dəyişdirilib) və media sisteminin idarəetmə şaybasındakı sensorlu panelin söndürülməsi daxildir: bu, Alpina şirkətinin prinsipial mövqeyidir.

Sifarişçilər transmissiyanın sükanaltı ləçəkləri və sükan çarxının arxasındakı ənənəvi Switch-Tronic düymələri arasında seçim edə bilərlər. Həmişə olduğu kimi, interyerin zərif Lavalina dərisi ilə tam üzlənməsi də təklif olunur, lakin bunun üçün 7.300 avro ödəmək gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW Alpina B4 Gran Coupe liftbeklərinə sifarişlərin qəbuluna artıq başlanılıb, Almaniyada liftbekin başlanğıc qiyməti 91.800 avrodur. Xatırladaq ki, adi BMW M4 Competition xDrive kupesi 98.300 avrodan başlayan qiymətlərlə satılır.  

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.