Alpina şirkəti B7 bayraqdar sedanının yenilənmiş variantını təqdim edib. Yenilənmiş BMW 7-Series sedanının bazasında inşa edilmiş avtomobil yeni zahiri görkəmlə yanaşı təkmilləşdirlmiş iki turbokompressorlu V8 mühərrikinə və gücləndirilmiş ötürmələr qutusuna sahib olub.
Alpina B7 xDrive modelinin əvvəlkindən fərqi onun 4,4-litrlik V8 mühərrikidir. Böyüdülmüş qanadcıqlara və interkulerlərə malik olan turbokompressor cütlüyü ilə təchiz edilmiş mühərrik 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Yenidən yazılmış proqram sayəsində pik həddi 2000 dövrə/dəqiqədə əlçatandır. Xatırladaq ki, əvəllər pik həddi 3000 dövr/dəqiqədə əldə olunurdu. Termodinamik sabitıiyi təmin etmək məqsədi ilə soyutma sistemi də yenidən işlənib.
B7 xDrive modelinin güc aqreqatı səkkiz diapazonlu ZF avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Transmissiyanın proqram təminatı yenilənmiş, qapanan muftası olan hidrotransformator və planetar reduktorlar gücləndirilmiş, həmçinin idman rejimində ötürmələrin keçirilməsinə sərf edilən zaman azaldılmışdır. Elektronika ilə idarələnən çəpərcikləri olan paslanmayan poladdan hazırlanmış səsboğucu sistem çəkini azaltmağa və V8 mühərrikinin səsini yaxşılaşdırmağa xidmət edir.
Sedan adaptiv pnevmodayaqlar, aktiv köndələn dayanıqlılıq stabilizatorları və dönən arxa təkərlər ilə təchiz edilir. Bundan başqa, flaqman asqını yol səthinin xarakterinə uyğunlaşdıran Active Comfort Drive with Road Preview sisteminə də sahib olub. 225 km/saat sürətində və yaxud Sport+ rejimin aktivləşdirilməsi halında sedanın 15 millimetr aşağı «oturur». Gərək olduqda isə, klirensi 20 millimetr artımaq da olar.
Alpina B7 xDrive modelinin təchizatına rəngli proyeksiya displeyi, iDrive 7 multimedia sistemi, idman sükanı, salonun Lavalina dərisi ilə tərtibatı, salonun bir neçə variantda dekoru və virtual cihazlar paneli daxildir. Bundan başqa, Aplina mütəxəssisləri arxa tağlar və mərkəzi dayaq zonasında avtomobilin səs izolyasiyasını gücləndiriblər. Arxa oturacaqların kürək hissəsində səsudan materiallar peyda olub, avtomobilin şüşələri isə, daha qalınları ilə əvəzlənib.
Əlavə ödənişlə sedanı Rear Executive Seating dəsti ilə təchiz etmək olar. Dəstin tərkibinə havalandırmalı ön və arxa oturacaqlar, arxa sərnişinlər üçün nəzərdə tutulmuş 10-düymlük HD-displeyləri olan əyləncə sistemi, piyada və heyvanları aşkarlayaraq onları işıqlandıran gecə görüntü sistemi və özüparkedən daxildir.
Aplina B7 xDrive modelinin satışların cari ilin üçüncü rübündə başlanacaqdır. Onun ABŞ-da tövsiyyə edilən qiyməti 141700 dollardır.