Alpina şirkəti yeni M340i modelinin tizerini dərc edib. Tizerdə modelin son zamanlar prototipləri rast gəlinən sedan kuzovlu variantı deyil, universal variantı əks etdirilib. Alpina B3 modelinin debütü Frankfurt avtosalonunda baş tutacaqdır.
Adətən avtomobil istehsalçıları ilk növbədə sedan kuzovlu avtomobilləri təqdim edirlər. Sonradan isə, başqa kuzovlu modifikasiyalar nümayiş etdirilir. Alpina şirkəti adət-ənənəni pozaraq, birinci olaraq universal kuzovlu B3 modelini təqdim edəcəkdir.
Ehtimala görə, 369 at qüvvəli mühərrikin gücünü artırılacaqdır. Cari B3 modelinin baza versiyası 404 at qüvvəsinə malikdir. Alpine B3 modelinin S indeksli «qaynar» versiyası isə, 433 at qüvvəsi hasil edən mühərrikə sahibdir. Buna görə də, yeni nəsil B3 modelinin gücünün 400 at qüvvəsindən az olmayacağı ehtimal edilir.
Eyni zamanda alman istehsalçısı özü-özünə rəqib yaratmaq fikrində deyil. Bu səbəbdən də yeni universal M3 modelinin əhatə dairəsinə gorməyəcəkdir. Yeni nəsil BMW M3 modeli standart olaraq 480 at qüvvəsi hasil edən mühərriklə təchiz ediləcəkdir. M3 Competition isə 510 at qüvvəsinə sahib olacaqdır. Odur ki, Alpina B3 modelinin mühərriki BMW M3 modelinin güc aqreqatından zəif olmalıdır.