Hazırda BMW şirkətinə məxsus olan Alpina şirkəti D4 S Gran Coupé dizel liftbəkini təqdim edib. O, D3 S modelləri ilə eyni altısilindrli mühərriki istifadə edir, lakin dinamikada ondan geri qalır - liftbəkin 100 km/saata sürətlənməsi 4,6 əvəzinə 4,8 saniyə çəkir.
BMW Alpina D4 S Gran Coupé liftbəki texniki cəhətdən D3 S sedanı və universalı ilə bənzərdir. Liftbəkin kapotun altında 48-voltluq starter-generator bə iki turbokompressoru olan 3,0-litrlik altısilindrli dizel mühərriki yerləşir.
Güc qurğusu 355 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edir. Transmissiya orijinal idarəetmə proqramı olan səkkiz pilləli ZF avtomatik ötürmələr qutusudur. Liftbək Alpina tənzimləmələri olan tam ötürmə sistemi ilə təchiz edilir.
100 km/saata qədər sürətlənmə baxımından D4 S Gran Coupé liftbəki D3 S universalı ilə paritetə malikdir - 4,8 saniyə. Sıfırdan 200 km/saat həddinə qədər sürətlənmə isə, 19,1 saniyə çəkir. Hər iki D3 S modeli daha yeyindirlər: bu işə sedana 17,5, universala isə, 18,3 saniyə lazımdır. Grand Coupe modelinin elan edilmiş maksimal sürəti 270 km/saatdır, qarışıq rejimdə yanacaq sərfiyyat isə 100 kilometrə 6,9 litrdir.
Alpina D4 S Gran Coupé modeli mühərrikin təkmilləşdirilmiş soyutma sistemi, dördporşenli əyləc supportları və Pirelli P Zero şinləri ilə təchiz edilir. Bundan başqa, cihazlar panelinin qrafikası dəyişdirilib, sükan çarxı Lavalina dərisi ilə örtülüb, mərkəzi konsol isə avtomobilin fərdi nömrəsi olan lövhə ilə bəzədilib. Oturacaqların üzlənməsi üçün alkantara və süni Sensatec dərisinin, yaxud əsl dərinin - Vernasca dərisindən tutmuş Merinos və Lavalina dərilərinə qədər kombinasiyasını sifariş etmək olar.
BMW Alpina D4 S Gran Coupé lifttbəkinin satış qiyməti 79 900, dizel mühərrikli D3 S modellərinin qiyməti 77 000, benzin mühərrikli B4 modellərinin isə, 91 800 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.