Yenilənmiş BMW X7 krossoverinin əsasında inşa edilmiş Alpina XB7 krossoveri "manufaktura" versiyasını alıb. O, 2025-ci il modeli kimi təklif olunur və keçən ilki versiyadan genişlənmiş təchizatı, habelə dəbdəbəli interyeri ilə fərqlənir. Ən diqqət çəkən detallar 23-düymlük döymə alüminium diskləri, iki dekor variantı (Black Line və Alüminium Satin Line) və daha qabarıq arxa diffuzordur.
XB7 Manufaktur versiyasının interyeri orijinal Merinos dərisi ilə üzlənib, hətta bu dəridən oturacaqların əsaslarında və sükan sütununda istifadə edilib. Yumşaqlığı və təbii teksturası ilə səciyyələnən firma Lavalina dərisi opsiya kimi, 26 800 avroya təklif olunur. Kuzov üçün Alpina Blue, Green II firma metallikləri, həmçinin BMW Individual və Manufaktur Exclusive palitralarından boyalar əlçatandır.
Krossoverin standart təchizatına pnevmodayaqlar (öndə və arxada), yana əyilmələrin aktiv boğulması sistemi, idarələnən arxa təkərlər, habelə Comfort, Sport və Sport+ hərəkət rejimlərinin selektoru daxildir. Zavod versiyasında 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 biturbo mühərriki Alpina modelində 621 qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Ötürmələr qutusu – öz idarəetmə proqramına malik olan səkkiz pilləli ZF avtomatik transmissiyasıdır.
Belə bir göstəricilərlə XB7 modeli 100 km/saata 4,2 saniyəyə, 200 km/saata isə, 14,8 saniyəyə sürətlənir. Maksimal sürət elektronika tərəfindən 290 km/saat həddində məhdudlaşdırılıb. Almaniyada modelin qiyməti 190 500 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.