Bu günlərdə BMW şirkətinin bayraqdar krossoveri olan X7 modelinin Alpina atelyesi tərəfindən hazırlanmış versiyası Nordşlyayfedəki sınaqları zamanı fotocəsuslar tərəfindən çəkilib. Buxloedə yerləşən atelya qəbul edilmış ənənələri pozmayıb. Bayraqdar krossover 20-düymlük çoxmilli təkər disklərinə və ön bamperin artırılmış alt hissəsinə sahib olub.
Xatırladaq ki, üç həftə bundan öncə, Alpina atelyesinin rəhbəri Andreas Bovenzipen tünerin BMW X7 krossoverini təkmilləşdirmək barədə planları barədə xəbər vermişdi. O, XB7 adlandırılmış krossoverin 2020-ci ilin əvvəlində debüt edəcəyini də söyləmişdi. Bununla belə, Bovenzipen avtomobilin texniki xarakteristikaları barədə açıqlama verməmişdi.
İnsayderlər Alpina XB7 modelinin həm benzin, həm də dizel mühərrikləri ilə təklif ediləcəyini bildiriblər. Məlum məsələdir ki, Avropada krossover dizel mühərrikləri, Amerikada isə benzin aqreqatları ilə təklif ediləcəkdir. Çox güman ki, 4,4-litrlik benzin mühərriki ilə təchiz edilmiş Alpina XB7 608 at qüvvəsinə və 800 Nm malik olacaqdır. Dizel mühərrikli Apline XD7 isə 390 at qüvvəsi və 770 Nm üzərində gücə sahib olmalıdır.
Mənbə: Motor1.com