Alpina atelyesinin BMW markasının bayraqdar krossoveri olan X7 modeli üzərində işlədiyi barədə keçən ilin yayında məlumat vermişdik. Bu gün isə Boxloedə yerləşən şirkət xüsusi olaraq yaradılmış "Birinci sinif ilə macəralara" adlı saytda XB7 krossoverinin təqdimatı üçün geriyə sayıma başlayıb. Avtomobil 19 may tarixində təqdim ediləcəkdir.

Alpina krossoverin texniki hissəsi barədə məlumat verməsə də, yeni avtomobilin adındakı XB7 indeksi onun benzin mühərriki ilə təchiz ediləcəyindən (dizel modelləri "D" hərfi ilə işarə edilir) xəbər verir. Böyük ehtimalla, Alpina XB7 modeli 530 at qüvvəsi vəə 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 biturbo mühərriki ilə təchiz edilmiş X M50i modelinin bazasında yaradılacaqdır. Buxloe mühəndislərinin müdaxiləsindən sonra mühərrikin hasilatı asanlıqla 600 at qüvvəsini keçə bilər.

Image alt Image alt Image alt Image alt

Məlum məsələdir ki, Alpina təkəc mühərrikin gücünün arması ilə kifayətlənməyəcəkdir. Avtomobil təkmilləşdirilmiş asqı sisteminə, yeni kuzov dəstinə və 20-düymlük firma Alpina disklərinə malik olacaqdır. Avtomobilin qiymətinin də ciddi dərəcədə artması gözlənilir.