Məşhur Alpina atelyesi yeni nəsil BMW X3 modelinin bazasında hazırladığı XD3 dizel krossoverini təqdim edib.

Avtomobil təkmilləşdirilmiş mühərrikə, yeni asqıya və tam çəkiş sisteminin xüsusi iş rejiminə malik olub. “Qaynar” krossoverin satışları bu ilin ikinci rübündə başlanacaqdır.

Krossoverin təchiz edildiyi 3,0-litrlik dörd turbokompressorlu altı silindrli dizel aqreqatının gücü 388 at qüvvəsi, fırlanma anı isə 770 Nm təşkil edir. Bənzər mühərrik Aplina D5 S ailəsindən olan avtomobillərdə tətbiq edilir. Alpina XD3 100 km/saat həddinə 4,6 saniyəyə sürətlənir və 266 km/saat maksimal sürətə malikdir. Avtomobil WLTP dövrünə əsasən 100 kilometrə 9 litr yanacaq sərf edir.

Krossoverin təchizatına elektriklə idarələnən amortizatorlar, arxa oxda quraşdırılmış özüqapanan differensial, 20 və ya 22-düymlük (opsional) təkər diskləri, həmçinin xDrive tam çəkiş sisteminin xüsusi tənzimlənməsi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt