Alpine şirkəti fransız brendinin təsisçisi olan Jan Redelenin yüz illik yubileyini məhdud saylı Alpine A110 GT J. Rédélé idman avtomobilinin buraxılışı ilə qeyd etmək qərarına gəlib.

Yubiley seriyasından olan avtomobillər Redelenin sevimli Montebello Grey rənginə boyanıblar, parlaq Deep Black dam örtüyünə malikdirlər. Bununla yanaşı, sportkarlar “almaz cilalanması” olan 18-düymlük təkər diskləri və gümüşü rəngli Brembo əyləc supportları ilə təchiz edililər.

Image alt Image alt Image alt Image alt

Salonda qızdırılan, boz tikişləri olan qara dəri və mikrofiberlə qara dəri ilə üzlənmiş Sabelt idman oturacaqları quraşdırılıb. Mərkəzi konsolda Redelenin imzası və avtomobilin seriya nömrəsi olan lövhə var. Fokal audio sistemi və özəl telemetriya kompleksi standart olaraq quraşdırılıb. Motor əvvəlkidir. 1,8-litrlik benzinli turbomühərriki 300 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edir, yeddi pilləli DCT “robotu” ilə tandemdə çalışır. Ötürmə - arxa oxadır.

Alpine A110 GT J. Rédélé 0-dan 100 km/saata 4,2 saniyəyə sürətlənir. Kupe bir kilometrlik  məsafəni 22,4 saniyəyə qət edir. Maksimal sürət - 250 km/saatdır. Ümumilikdə, hər birinin qiyməti 83 min avro olan 100 yubiley sportkarı istehsal olunacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.