Alpine brendi A110 kupesinin məhdud tirajla buraxılacaq daha bir versiyasını təqdim edib. A110 Tour de Corse 75 idman avtomobili Korsika rallisində iştirak etmiş berlinettanın üslubunda tərtibata malikdir və adi avtomobildən əsasən dekoru ilə fərqlənir. Kupenin tirajı 150 nüsxədən ibarət olacaqdır. Onun qiyməti 80 min avro təşkil edəcəkdir.

Bir neçə ildən sonra Alpine brendi altında yalnız elektromobillər istehsal ediləcəklər. Buna görə də, şirkət yeganə modelindən - A110 kupesindən maksimumu əldə etməyə çalışır. Mayın sonunda Alpine markasının banisi Jan Redelenin anadan olmasının 100 illiyinə təsadüf edən A110 GT J. Rédélé versiyası, indi isə, “ralli” A110 Tour de Corse 75 xüsusi nəşri təqdim olunub.

Xüsusi nəşr 1975-ci ildə Korsika Rallisində (Tour de Corse) iştirak edən berlinettanın üslubunda tərtibata malikdir. Həmin yarışda, Jan-Pyer Nikola Lancia Stratos HF ralli avtomobilində çıxış edən Bernard Darnişdən cəmi 32 saniyə geri qalmışdı.

Xüsusi seriyadan olan sportkarları ralli avtomobilinin rənglərinə boyayacaqlar - yan tərəf və arxa hissədə sarı, qara və ağ rənglərin kombinasiyasından ibarət olan zolaqlar vurulacaq və xüsusi versiyanın loqotipləri, yarış kəmərlərinin sifariş oluna biləcək Sabelt “çalovları” və fərdi nömrə olan lövhəciklər ilə tamamlanacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni zamanda, hər bir kupe Android Auto və Apple Carplay dəstəyi olan yeni multimedia sistemi əldə edəcəkdir.

Lakin “ralli” seriyasından olan sportkarların mühərriki standart olacaqdır. Xatırladaq ki, Alpine A110 sportkarı 300 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən 1,8-litrlik benzin “turbodördlüyü” ilə təchiz edilir. Mühərrikin dartma qüvvəsi arxa təkərlərə yeddi pilləli DCT “robotu” vasitəsi ilə ötürülür. Alpine A110 Tour de Corse 75 sportkarı ilk “yüzlüyə” sürətlənməsi adi kupedə olduğu kimi 4,2 saniyə çəkir. Elan edilmiş maksimal sürət 250 km/saatdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.