Fransa polisi 26 ədəd ortamühərrikli Alpine A110 sportkarını sifariş edib. Fransanın Daxili İşlər Nazirliyi rəsmi olaraq Renault konserninin tenderin qalibi olduğunu elan edib – güc strukturu ilə avtomobil istehsalçısı arasındakı müqavilə 11 oktyabrda imzalanıb və dörd il müddətində qüvvədə olacaq. Sportkarlar “avtomagistrallarda yol hərəkətinin təhlükəsizliyini təmin etmək və gizli polisin xüsusi əməliyyatları” üçün lazım olduğu bildirilib.

Alpine 110 modeli ortamühərrikli yüngül sportkardır, buna baxmayaraq, Fransa jandarmeriyası ilk dəfə deyil ki, ondan istifadə edir. Orijinal kupe də 1960-cı illərin ikinci yarısında polisdə xidmət göstərib, odur ki, Fransa DİN-i tərəfindən bu sportkarlardan istifadəni ənənələrə qayıdış hesab etmək olar.

Xidməti Alpine A110 modelinin xarici görünüşü açıqlanmır, lakin ilk iki sportkar bu ilin sonuna qədər polis orqanına təhvil veriləcəyi bildirilib. 26 avtomobilin Milli jandarmeriyaya aid olduğunu nəzərə alsaq, bütün sportkarlar polis livreyası, xüsusi siqnallar, ilkin tibbi yardım avadanlığı və polis xidməti aparmaq üçün gərək olan digər vasitələr ilə təchiz ediləcəkdirlər.

Alpine A110 sportkarları DİN-nin avtoparkındakı 2011-ci ilin Renault Megane R.S. modlərelini əvəz edəcəkdirlər. Müşayət sənədində söhbətin adi A110 kupelərindən getdiyi bildirilir. Odur ki, polis sportkarları 252 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən mühərrikə sahib olacaqdırlar. Belə kupe 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.