Müasir Alpine A110 sportakrı 2017-ci ildə debüt edib və onun yenilənməyə ehtiyacının olduğunu düşünmürdük: altmışıncı illərin A110 modelinin üslubunda retrodizayna malik olan sportlar çox uğurlu alınıb. Buna görə də, plan üzrə keçirilən restaylinq zamanı kupe daha müasir mediasistemi əldə edib. Mediasistem yeddi düymlük ekrana, Blutooth qoşulmasına, Apple CarPlay və Android Auto interfeyslərinə sahib olub.
Modernləşmənin əsas məqsədi, əvvəlki ilə müqayisədə, bir-birindən nəzərəçarpacaq dərəcədə fərqlənən nizamlı və məntiqi modifikasiyalar çeşidinin yaradılmasıdır. Beləliklə, indi Alpine A110 sportrkarı dəqiq mövqeləndirməsi olan üç fərqli variantda təklif edilir. Onların hamısı eyni 1,8-litrlik turbomühərrikə və iki yaş muftası olan yeddi pilləli Getrag “robotuna” malikdir, lakin fərqlər kifayət qədərdir.
Alpine A110 modelinin baza versiyası əvvəlki konfiqurasiyanı saxlayıb: 252 at qüvvəsi, 320 Nm, standart “komforlu” asqı, Brembo əyləcləri və 17-düymlük təkər diskləri. Standart olaraq, belə kupe Sabelt idman oturacaqları ilə təchiz edilir. Mühərrik indi yeni, daha “kəskin” tənzimləmələrə malikdir, lakin bu dəyişiklik sportkarın dinamikasına təsir etməyib: 100 km/saata sürətlənmə 4,5 saniyə çəkir, maksimal sürət isə 250 km/saatdır. Maraqlı əlavə: Launch Control aktivləşdirildikdə, səsboğucunun daha kəskin və daha aqressiv səsini təmin etmək üçün, elektronika mühərrikin bir silindrini qısa müddətə söndürür.
Çeşidin digər ucunda iki il əvvəl debüt etmiş Alpine A110 S ekstremal versiyası var. S modifikasiyasının mühərrikinin hasilatı 292 at qüvvəsi və 320 Nm-dən, 300 at qüvvəsi və 340 Nm-ə qədər artırılıb. Bu kupe daha sərt idman asqısına, 18-düymlük təkər disklərinə, daha enli şinlərə və daha böyük əyləc disklərinə (bazadakı 296 millimetrə qarşı ön və arxada 320 millimetr) malikdir. Salonda mikrofiberlə tərtibat və narıncı təhlükəsizlik kəmərləri var. A110 S modeli 100 km/saata sürətlənməyə əvvəlki 4,4 saniyə əvəzinə 4,2 saniyə sərf edir, maksimal sürət - 260 km/saatdır.
Əlavə ödəniş müqabilində S-versiyasını Michelin PilotSport Cup 2 Connect yarım slikləri, habelə arxa qanad və böyüdülmüş ön splitter daxil olan yeni aerodinamik paketlə təchiz etmək olar. Bu kuzov dəsti ön oxu 60 kiloqramlıq, arxa oxu isə 81 kiloqramlıq əlavə yerəbasma gücü ilə təmin etməyə imkan verir. Maksimal sürət 275 km/saata qədər artırılıb. Nəhayət, yalnız A110 S modeli üçün kuzovun ikirəngli boyanma sxemi təklif olunur.
Üçüncü modifikasiya isə modifikasiya çeşidinin ortasında yerləşir. Alpine A110 GT kupesi 300 at qüvvəli mühərrikin, standart asqını, böyüdülmüş əyləcləri olan standart asqının və daha rahat salonun mövcudluğunu nəzərdə tutur. Burada genişləndirilmiş tənzimləmələri olan oturacaqlar quraşdırılmış və daha bahalı materiallardan istifadə olunur. Disklər 18-düymlükdür, lakin şinlər S-versiyasında olduğundan 10 millimetr daha ensizdirlər. GT versiyası 100 km/saata 4,2 saniyəyə sürətlənir, lakin maksimal sürət 250 km/saatdır.
Yenilənmiş Alpine A110 kupelərini artıq Avropada sifariş etmək mümkündür. Baza versiyası 59.500 avroya, GT variantı isə 69.500 avroya satılır. Ən ekstremal A110 S modeli üçün isə minimum 71 500 avro tələb olunur.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.