Renaulution inkişaf strategiyasını açıqlayan Renault qrupu, Alpine markasını elektromobil istehsalçısına çevirmək niyyətində olduğunu bildirib. Fransız markasının inkişaf planı iki şəhər elektrokarının və bir idman avtomobilinin buraxılmasını nəzərdə tutur. Sonuncu avtomobilin hazırlamasında Lotus şirkətinin iştirakı da gözlənilir.
Renault şirkəti tərəfindən dərc edilmiş tizerdə, “mənim üçün”, “bizim üçün” və “həftəsonu üçün” kateqoriyalarına aid olan üç fərqli elektrokar nümayiş etdirilir. Birinci modelin 200 kilometrə qədər yürüş ehtiyatı olan yığcam şəhər avtomobilidir. “Bizim üçün” sinifindən olan Alpine modeli krossover olacaqdır. Nəhayət, fransız markasının üçüncü elektromobili Lotus ilə birlikdə hazırlanacaq və cari Alpine A110 modelini əvəz edəcək “yeni nəsil sportkar” olacaqdır.
Şəhər elektromobili Common Module Family modul platformasında inşa ediləcəkdir. Bu platforma Nissan Qashqai və X-Trail krossoverlərinin, həmçinin Renault Espace, Scenic və Laguna modellərinin əsasını təşkil edir. “Həftə sonu üçün” nəzərdə tutulan elektrokar mövcud platformalardan birinə əsaslanacaqdır. Mühəndislər sportkarda gələcəkdə minik avtomobillərində tətbiq olunacaq yarış nou-haularından istifadə edəcəklər.
Yeni modellər Alpine markasını eksklüziv və autentik elektromobil istehsalçısına çevirmək strategiyasının tərkib hissəsi olacaqdırlar. Elektromobillərin ilk nüsxələri 2025-ci ilə qədər debüt etməlidirlər.