Renault qrupunun tərkibinə daxil olan Alpine şirkəti Fernando Alonsonun şərəfinə 32 çox bahalı kupe buraxacağını bəyan edib. İspaniyalı pilot bu mövsümün sonunda Alpine F1 komandasını tərk edəcəkdir, lakin o hər iki çempion titulunu bir zamanlar Renault F1 adlanan fransız komandasında əldə edib.

Fransız istehsalçısı Alpine A110 R kupesinin xüsusi nəşrini buraxaraq Alonsonun nailiyyətlərinə olan ehtiramını nümayiş etdirmək qərarına gəlib. Qeyd etmək gərəkdir ki, 32 rəqəmi təsadüfən seçilməyib: bu, Alonsonun Formula 1 çempionatındakı uzunmüddətli karyerası zamanı qazandığı qələbələrin sayıdır.

Alonso Edition seriyasından olan idman avtomobillərinin əsasını bu həftə debüt edən ekstremal Alpine A110 R kupesi təşkil edəcəkdir. Xüsusi versiya orijinal modeldən bəzi cizgilərlə fərqlənir.

32 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaq kupelərin hər biri firma Alpine göy rənginə boyanacaqlar: karbon kapotu üçün belə istisna edilməyib. Əyləc supportları parlaq narıncı rəngində olacaq, eksteryer və interyerdə Alonsonun stilizə edilmiş avtoqrafları yerləşdiriləcəkdir.

Digər seçilən cəhətlər arasında virtual cihazlar panelinin xüsusi qrafikası, seriya nömrəsi və qazanılmış 32 qələbədən birinin adı olan lövhə, həmçinin interyerdəki narıncı aksentlər var. Alpine hətta Fransa bayrağından da imtina edib: onun yerini Alonsonun anadan olduğu Ovyedoya işarə edən sarı-narıncı-mavi rənglər tutub.

Bundan başqa, günəşliyin üzərində ispan pilotun şüarı da peyda olub: “Zirvəyə hər zaman birdən çox yol var”. Sportkar ilə birlikdə alıcılar Alonsonun real avtoqrafı olan yarış dəbilqəsinin replikasını alacaqlar.

Texniki təkmilləşdirilmələrsiz də ötüşməyib: xüsusi versiya asqısını Alonsonun ev treki sayılan Barselona avtodromu üçün tənzimləyiblər. Qalan cəhətdən A110 R Alonso Edition orijinal modeli təkrarlayır: kapotun altında 7-pilləli “robot” ilə tandemdə çalışan 300 at qüvvəli 1,8-litrlik turbomühərrik yerləşir. Kupenin boş çəkisi 1082 kiloqramdır.

Xüsusi nəşrin qiyməti də təsiredicidir. Fransada xüsusi versiyanın qiyməti 148 min avro təşkil edəcəkdir! Beləliklə, A110 R ilə müqayisədə əlavə ödəniş 43 min avro təşkil edir, adi A110 modeli ilə müqayisədə isə, fərq ümumiyyətlə 2,5 dəfə çoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Alpine A110 R Alonso Edition modelinin təqdimatı Yaponiyada, Formula 1 Qran Prisindən əvvəl keçirilib. Qeyd etmək lazımdır ki, bu ikiqat dünya çempionuna həsr olunmuş ilk xüsusi versiya deyil: 2012-ci ildə Ferrari ispan pilotun şərəfinə 60 ədəd 599 GTB Fiorano kupesini buraxmışdı.

 Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.