Fransız Alpine brendi nəhayət ki, sözdə deyil, əməldə model çeşidini genişləndirmək planlarını təsdiqləyib. “Qaynar” Alpine A290 ​​hetçbekinin seriya versiyası təqdim edilib - o, hazırkı çeşiddəki ikinci model, eyni zamanda, şirkətin ilk elektromobili olacaq. Bəli, əslində, bu, sadəcə, kütləvi istehsal olunan Renault 5 elektromobilinin güclü versiyası olsa da, lakin özünəməxsus maraqlı xüsusiyyətlərə malikdir.

Bu halda “beşliyin” kuzovu təkcə məcburi olan aqressiv dəsti ilə deyil, həm də əhəmiyyətli dərəcədə genişlənmiş təkər tağları ilə seçilir. Avtomobilin ümumi eni 1770-dən 1820 millimetrə qədər artıb və arxa qapılardakı hava girişlərinin təqlidi isə, səksəninci illərin ortamühərrikli Renault 5 Turbo modelinə istinaddır.

Kuzov dəsti həmçinin avtomobilin uzunluğunu 3920-dən 3990 miilimetrə qədər artırır, ön bamperdəki əlavə işıqlar isə, ralli üslubunu dəstəklənir. Hündürlük də 225/40 R19 şinləri taxılmış böyük disklər hesabına artıb (baza hetçbekindəki 1500 əvəzinə 1520 millimetr). Lakin təkər bazası isə, əksinə, 2540-dən 2530 millimetrə qədər qısaldılıb.

İnteryerdə təkcə aşağı hissəsi “kəsilmiş” sükan deyil, həm də transmissiyasının düyməli idarəetmə paneli olan yeni yüksək mərkəzi tunel var (baza “beşliyində” selektor sükan sütununda yerləşir). Ön panel və qapılar nappa dərisi sayəsində daha yaxşı görünüşə malik olub. 

Gücləndirilmiş yan dayaqları olan ön oturacaqlar eyni material ilə üzləniblər. Cihazlar panelinin (10,25 düym) və media sisteminin (10,1 düym) ekranları standart olaraq qalıblar, lakin onların qrafikası dəyişdirilib.

Dörd yeni əksolunma  variantı və dəqiq telemetriya da daxil olmaqla xüsusi idman rejimləri var. Nəhayət, 20 santimetrlik sabvuferi və doqquz dinamiki olan sifarişli Devialet audio sistemi mövcuddur.

Renault 5 baza hetçbeki kimi, “qaynar” Alpine A290 hetçbeki də yalnız ön ötürməlidir, lakin yeganə elektrik mühərriki böyük Megane E-Tech hetçbekindən götürülüb. Əgər “beşlik” maksimum 150 at qüvvəsinə malik ola bilərsə, Alpine hetçbekinin GT və GT Premium versiyaları 180 at qüvvəsi və 285 Nm ilə öyünə bilərlər.

GT Performance və GTS modifikasiyaları isə, artıq 220 at qüvvəsi və 300 Nm fırlanma anına malikdirlər. “Yüzlüyə” sürətlənmə müvafiq olaraq 7,4 saniyə və 6,4 saniyə çəkir, lakin maksimal sürət hot-hetç standartlarına görə təvazökardır: 160 və 170 km/saat.

52 kilovat-saat tutumlu dartma batareyası Renault 5 modelinin bahalı versiyalarındakı ilə demək olar ki, eynidır, lakin daha qabaqcıl termotənizmlənmə sistemi və istilik nasosuna malikdir. Dolu bataryea 380 kilometrlik yürüş üçün kifayət etməlidir. Hot-hetç eyni tutumlu akkumulyatoru olan orijinal Renault 5 hetçbekindən bir qədər ağırdır: 1450-yə qarşı 1479 kiloqram.

DC şarj cihazının gücü 100 kilovat təşkil edir, bu halda Alpine A290 modeli 30 dəqiqə ərzində yürüş ehtiyatını 5-dən 80 faizə qədər artıra bilər. 11 kilovat gücündə şarj cihazı 3 saat 20 dəqiqə ərzində yürüş ehtiyatını 10-dan 80 faizə qədər artırır. Bundan əlavə, xarici V2G istehlakçılarının qoşulması təmin edilir.

Alpine mühəndisləri baza hetçbekin şassisini ciddi şəkildə yenidən işləyiblər. Artan təkər izinə əlavə olaraq, A290 daha sərt ön altçərçivəyə malikdir və bu, mühərriki daha aşağıda quraşdırmağa imkanı verir. Yeni stabilizatorlarnpeyda olublar. Qeyd etmək lazımdır ki, hətta ən sadə Renault 5 modelindədə müstəqil arxa asqı var ki, bu da güclü hetçbekin xeyrinədir.

Ön tərəfdə Alpine A110 idman avtomobilindən götürülmüş dörd porşenli supportları və 320 millimetrlik (arxada 288 millimetrlik) diskləri olan ön Brembo əyləc mexanizmləri quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Alpine A290 elektromobillərini  Renault 5 hetçbeklərini də istehsal olunduğu Fransanın Due şəhərindəki eyni ElectriCity zavodunda yığılacaqlar. Elektrik mühərrikləri Kleon şəhərindəki zavodda istehsal ediləcəklər. Batareyaların Fransadakı istehsalına isə, 2025-ci ildə başlanmalıdır.

Hot-hetçin minimum qiyməti artıq açıqlanıb - 38 min avro. Bununla belə, 2025-ci ilin əvvəlində satışa ilk çıxan versiya unikal xarici tərtibata, zəngin təchizata və tamamilə fərqli qiymətə malik olan Premiere Edition salamlama versiyası çıxarılacaq. Salamlama versiyası 1955 nüsxədə buraxılacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.