Renault şirkətinə məxsus olan Alpine markası A110 kupesinin ralli yarışları üçün hazırlanmış variantını təqdim edib. Avtomobili özəl komandalara 150 min avrodan başlayan qiymətlər ilə satacaqdırlar. Alpine markası keçən əsrin 70-ci illərində rallidə uğurlu çıxışları ilə yadda qalıb.
Alpine A110 Ralli kupesi A110S modelinə əsaslanır, lakin A110 GT4 və Cup yarış avtomobillərinin alüminium şassisində inşa edilib. Ralli spesifikasiyasına uyğun olaraq, kupe üçrejimli hidravlik asqı, Brembo əyləc mexanizmləri, FIA tərəfindən tövsiyyə edilən təhlükəsizlik karkası, altınöqtəli kəmərləri olan yarış oturacaqları, Bosch Motorsports ABS sistemi, tənzimlənən trekin-kontrol və müdafiə edilmiş 65 litrlik yanacaq çəni ilə təchiz olunur.
Seriya Alpine 110S modeli kimi, ralli kupesi də 1,8-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Lakin, rallidə istifadə edilən mühərrik 300 at qüvvəsinin üzərində gücə malikdir. Mühərrikin fırlanma anı arxa oxa sükanaltı dəstəkləri olan altı pilləli sekvental ötürmələr qutusu vasitəsilə ötürülür. Ralli avtomobilinin dinamik xarakteristikaları açıqlanmayıb.
Müasir Apline kupesinin sələfi olan 1960-1970-ci illərin Alpine A110 modeli rallidə uğurla çıxış edib. 1971-ci ildə Renault 16 modelinin mühərriki ilə təchiz edilmiş Alpine yarış avtomobilləri Monte-Karlo rallisində 1-ci, 2-ci və 4-cü yerlərdə finiş görüblər. 1973-cü ildə isə, Alpine-Renault A110 modeli ilk WRC çempionatında qələbə qazanıb.