İki illik fasilədən sonra Jeep Cherokee modeli geri dönür! Krossoverin beşinci nəslinin istehsalına 2023-cü ilin əvvəlində son verilib, bundan sonra brendin model cərgəsində boşluq yaranıb. Təəccüblü deyil ki, şirkət yazda ilk rəsmi şəkilləri dərc edərək ictimaiyyəti altıncı nəsil Cherokee modelinin çoxdan gözlənilən təqdimatına hazırlamağa başlayıb. İndi isə, yeni Jeep Cherokee bütün təfərrüatlar ilə birlikdə debüt edib.

Aerodinamika üsluba qurban verilib və Cherokee yenidən brutal və bucaqlı formalara qayıdıb: Cd əmsalı 0,335 bərabərdir. Lakin yeni krossover sələfindən nəzərəçarpacaq dərəcədə böyükdür: onun uzunluğu 4778 millimetr (+ 155 millimetr), eni - 1898 millimetr (+ 39 millimetr), hündürlüyü isə, 1715 millimetr (+ 34 millimetr) təşkil edir. Təkər bazası 170 millimetr artaraq 2870 millimetrə çatıb. Yəni Cherokee əslində orta ölçülü sinifə keçib. Təchizatdan asılı olaraq, diametri 17 ilə 20 düym arasında olan təkər diskləri quraşdırılır.

Salon əvvəlki kimi beş nəfərlikdir. Cihazlar panelinin günəşliyin altındakı displeyi (10,25 düym) və UConnect 5 media sisteminin ekranı (12,3 düym) səliqəli şəkildə ön panelə inteqrasiya olunub. Media sistemi simsiz Apple CarPlay və Android Auto protokollarını, bulud yeniləmələrini və üçüncü tərəfin proqramlarının quraşdırılmasını dəstəkləyir. Mərkəzi konsolda klimat-kontrolun bloku üçün ayrıca yer tapılıb, lakin o, sensorlu panel şəklindədir. Mərkəzi tuneldə transmissiya selektorunun fırlanan dəstəyi və fincan tutacaqları var.

Baqajın həcmi Amerika EPA metoduna görə təsiredici 952 litrdir. Arxa oturacağı qatladıqda 1935 litrlik məkan əldə olunur ki, bu da sələfindəkindən demək olar ki, 30% çoxdur. Cherokee modelinin baza təchizatına elektron köməkçilər dəsti və ikinci muxtariyyət səviyyəli adaptiv kruiz-kontrol daxildir.

Altıncı nəsil Cherokee, Stellantis konserninin STLA Large platformasında inşa edilib və bu, onun uzununa deyil, eninə mühərriki olan yeni növüdür. Baza versiyası hibriddir və onun güc qurğusu təəccübləndirə bilər - Jeep Cherokee modeli PSA və BMW tərəfindən hazırlanmış EP6 turbomühərriki ilə təchiz edilmiş ilk amerikan modeli olub! Bəli, bu üçüncü nəsildən olsa da, bədnam Prince aqreqatıdır. Xüsusi olaraq hibrid sistem üçün mühərrik qənaətcil Miller dövrünə keçirilib (həndəsi sıxılma nisbəti 11,3: 1)və onun hasilatı 180 at qüvvəsi və 300 Nm təşkil edir. Hibrid güc qurğusun həmçinin dartma elektrik mühərriki, ayrıca generator və planetar ötürməli elektromexaniki variator (eCVT) daxildir, yəni bu sxem Toyota hibridlərinə bənzəyir.

Sistemin ümumi hasilatı 213 at qüvvəsi və 312 Nm təşkil edir, lakin Stellantis dinamik xüsusiyyətləri açıqlamır. 400 voltluq NCM batareyasının tutumu cəmi 1,08 kilovat/saatdır, buna görə də hibrid sırf elektrik ötürməsi ilə 100 km/saata qədər sürətlənsə də, lakin belə rejimdə yalnız çox qısa müddət hərəkət edə bilər. Batareyanın şəbəkədən doldurulması təmin edilmir. Lakin dolu benzin çənilə (51,9 litr) Cherokee sərt EPA dövrünə uyğun olaraq 805 kilometrdən çox məsafə qət edə bilər.

Hibridin baza təchizatına arxa oxda muftası olan Active Drive I tam ötürməli transmissiya daxildir. Selec-Terrain sistemi bir neçə hərəkət rejiminə (Automatic, Sport, Snow və Sand/Mud) malikdir. Təsiredici klirens (204 millimetr) və qısa kuzov çıxıntıları yaxşı həndəsi keçid qabiliyyətini təmin edir: giriş bucağı 19,6 dərəcə, yuvarlanma bucağı - 18,8 dərəcə, çıxış bucağı isə, 29,4 dərəcədir. 1948 kiloqram çəkisi olan krossover 1,6 tona qədər qoşqunu yedəyə almağa qadirdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

EP6 mühərriklərinin istehsalı artıq Dandidəki (Miçiqan) zavodda təşkil olunub, lakin Jeep Cherokee krossoverləri Meksikanın Toluka şəhərindəki zavodda istehsal olunacaqlr. 42 -46 min dollar arasında qiyməti olan zəngin Limited və Overland versiyaları bu ilin sonuna qədər dilerlərə çatdırılacaqlar. Baza təchizatı və Laredo versiyasını 2026-cı ilin əvvəlinə qədər gözləmək gərəkdir və onlar daha ucuz başa gələcəklər - müvafiq olaraq 37 və 40 min dollar. Sırf benzin versiyaları da gözlənilir - çox güman ki, belə krossoverlər Hurricane ailəsindən olan 2,0-litrlik “turbodördlük” ilə təchiz ediləcəklər.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.