Aston Martin və Red Bull Racing komandasının birgə layihəsi olan AM-RB 001 hiperkarı haqqında bir sıra məlumatlar artıq hər kəsə bəllidir. Bu gün istehsalçı yeni hiperkarın güc aqreqatı barədə müəyyən məlumatı dərc etmişdir.

Yeni hiperkarın unikal mühərriki, avtomobil idmanı və xüsusən də Formula 1 həvəskarlarına yaxşı tanış olan Cosworth firması tərəfindən hazırlanacaqdır. Eyni zamanda, güc areqatı haqqında ətraflı məlumat ilk dəfə dərc edilmişdir. AM-RB 001 hiperkarı 6.5-litrlik atmosfer tipli V12 mühərriki və yeddi pilləli Ricardo transmissiyası ilə təchiz ediləcəkdir. Bu tandem sayəsində hiperkar 320 km/saat sürətini 10 saniyəyə toplayacaqdır. Bu sürətdən tam dayanmağa isə hiperkara beş saniyə tələb olunur. 

Hiperkarın karbon monokoku kompozit materiallar sahəsində ixtisaslaşmış Multimatic şirkəti tərəfindən istehsal ediləcəkdir. Xorvatiyadan olan Rimac firması xüsusi akumulyatorlar dəstinin, Red Bull Racing isə karbonplastik şassinin buraxılmasına cavabdeh olacaqdırlar. Britaniyadan olan Wipac firması işıqdiodlarından olan fənərləri istehsal edəcəkdir. Alcon və Surface Transforms əyləc mexanizmlərini, Bosh şirkəti isə elektronika və təhlükəsizlik sistemlərini çatdıracaqdırlar.

Ümumilikdə 175 ədəd hiperkar buraxılacaqdır ki, bunun da 25 nüsxəsi trekdə istifadə üçün yararlı olacaqdır. Hər birinin qiyməti təxmini üç milyon avro təşkil edən adi yollar üçün nəzərdə tutulmuş avtomobilllər artıq sahiblərini tapmışdırlar.