Aston-Martin şirkəti ilə Red Bull Racing komandasının birgə layihəsi olan AM-RB 001 hiperkarının bütün tirajı öncədən sifariş ilə satılmışdır. Bu barədə xəbər britaniyalı istehsalçının rəsmi Twitter səhifəsində dərc edilmişdir. Cəmi 150 ədəd ümumi yollarda və əlavə 25 ədəd trekdə istifadə etmək üçün hiperkar istehsal ediləcəkdir. Qeyd etmək lazımdır ki, avtomobilin seriya variantının üç ildən sonra istehsal ediləcəyi bildirilmişdir.
Aston Martin və Red Bull şirkətləri avtomobil üzərində işlərin mart ayında başlandığını elan etmişdilər. Hiperkarın ilk prototipi isə bu ilin yayında nümayiş etdirilmişdi. Hiperkarın yaradılması üzərində Formula 1 çempion bolidlərinin müəllifi Ədriən Nyui və Aston Martin şirkətinin baş dizayneri Marek Rehman çalışmışdır.
Yeni hiperkar karbondan hazırlanmış şassi və kuzova, həmçinin 1000 at qüvvəsinə malik olan yeddil litrlik V12 mühərrikinə və əyləcləmə zamanı əldə edilən kinetik enerjini elektrik enerjisinə çevirən rrekuperasiya sisteminə malik olacaqdır. Yerindən 320 km/saat həddinə hiperkar 10 saniyəyə sürətlənəcəkdir. Avtomobilin bu sürətdən tam dayanması üçün iki dəfə az vaxt tələb edilir. AM-RB 001 hiperkarının maksimal sürəti 400 km/saatın üzərində olacaqdır.
Sifariş edilmiş avtomobil üçün 500 min funt-sterlinq ödəmək tələb olunurdu. Avtomobilin tam qiymət təxmini üç milyon dollar olmalıdır. Hiperkarın ilk nüsxələri sifarişçilərə 2019-cu ildə çatıdırılacaqdır.