Aman Resorts mehmanxanalar şəbəkəsi 2025-ci ildə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu ilə birlikdə üzən Project Sama mehmanxanasını suya endirməyi planlaşdırır. Bu üzən mehmanxana 50 dəbdəbəli apartamenti, 24 saat işləyən restoranları və fərdi “çimərliyi” olan 183-metrlik yaxtadır. Yaxta-otelin dizaynı, futuriksik Aqua hidrogen yaxta-konseptinin yaradıcısı olan məşhur Sinot Yacht Architecture & Design studiyası tərəfindən hazırlanıb.

Üzən Project Sama (sanskritdən – “sükut”, “sakitlik” kimi tərcümə olunur) mehmanxanasını Aman Resorts və tamamilə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonduna məxsus olan Cruise Suadi tərəfindən təsis edilmiş birgə müəssisə idarə edəcəkdir. Superyaxta 2025-ci ildə suya endirilməlidir. Qonaqlar üçün hər birində ayrıca lociyası olan 50 ultradəbdəbəli nömrə təşkil ediləcək, Aman Spa adlı spa mərkəzi, bir neçə restoran açılacaq, xüsusi quruluşun səviyyələrinin birində isə daş bağı yaradılacaqdır.

Bundan başqa, superyaxtanın kirayənişinlərinin ixtiyarına iki helikopter meydançası, suya birbaşa girişi olan “çimərlik”, açıq havadakı müxtəlif aktivliklər üçün meydançalar və çoxsaylı başqa şeylər veriləcəkdir. Beşgöyərtəli gəmi 14 qonaq və 31 heyət üzvü üçün hesablanıb. Nəzəri olaraq, yaxta hidrogen yanacaq elementləri ilə çalışan güc qurğusu ilə təchiz edilə bilər ki, bu da ona yanacaq doldurmadan 6760 kilometr məsafə qət etməyə imkan verəcəkdir.

Elektrokimyəvi generator Lateral Naval Architects tərəfindən təqdim olunacaqdır. Onun gücü dörd meqavat olacaqdır ki, bu da, 1,5 meqavat-saatlıq batareyanın doldurulmasına, habelə hər birinin gücü bir meqavat (1360 at qüvvəsi) olan iki dartma elektrik mühərrikinin və ön tərəfdəki iki dönmə qurğularının (2x300 kilovat) qidalandırılmasına kifayət etməlidir. Maye hidrogen 28-tonluq rezervuarlara doldurulacaqdır. Yaxta maksimal 17 dəniz milinə (31,5 km/saat) sürətlənəcək, lakin kreyser sürəti 10-12 dəniz mili (18,5 – 22,2 km/saat) ilə məhdudlaşacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.