Dünyanın ən böyük onlayn satış platformalarından biri olan Amazona aid Amazon Air (əvvəlki adı ilə Amazin Prime Air) karqo əməliyyatları üçün 12 ədəd Boeing 767-300F almağı planlaşdırır.
Həmin təyyarələrin 2021-ci ilin sonuna qədər şirkətə təslim ediləcəyi bildirilir. Şirkətin vitse-prezidenti Sara Roads bildirib ki, bundan sonrakı dövrdə yüklərin sürətli çatdırılması daha vacib rol oynayacaq.

Qeyd edək ki, 2015-ci ildən bəri karqo xidməti göstərən Amazonun hazırda 51 təyyarəsi var ki, bunlar 737-800, 767-200 və 767-300 tipli təyyarələrin karqo versiyalarıdır. Şirkət bu sayı 2028-ci ilə qədər 200-ə çatdırmağı planlaşdırır.