Amerikalı Qay Nyumark sahibi olduğu Porsche 356 avtomobilində bir milyon mil (1,6 milyon kilometr) yürüş etmişdir. Bu günə qədər Qay klassik kupeni gündəlik səfərləri üçün istifadə edir. Buna baxmayaraq avtomobil yaxşı texniki vəziyyətdədir. Avtomobilin bir milyon mil məsafəsini qət etdiyini göstərən videoçarx Porsche şirkətinin rəsmi Youtube kanalında yerləşdirilmişdir.

1960-cı ilin istehsalı olan Porsche 356 kupesini Qay Nyumarkın atası əvvəlki sahibindən satın almışdır. Avtomobilin əvvəlki sahibi ondan cəmi bir ay istifadə etmişdi. Eyni zamanda, o zaman kupe Ştutqartdakı zavoddan üç ay əvvəl buraxılmışdı. Sonradan atası avtomobili Qaya onun kollecdən buraxıldığı gün hədiyyə etmişdi. O gündən də Nyumark avtomobildən hər gün istifadə edir. Hazırda Qay Nyumark hər üç min mildən bir avtomobilin texniki baxışını həyata keçirir.