Nyu York avtosalonu çərçivəsində Ward’s nəşriyyat evi doqquzuncu dəfə ən yaxşı avtomobil interyerlərini seçib. Ənənəvi olaraq interyer rahatlığına, estetikasına, erqonomikasına, istifadə edilən materialların keyfiyyətinə, həmçinin multimedia sisteminin, sürücü və sərnişin üçün nəzərdə tutulmuş funksiyaların rahatlığına görə qiymətləndirilir.
Bu dəfə münsiflər heyəti 32 namizəd arasından 10 ən yaxşı salonu seçib. Bu siyahıya müxtəlif modellər – 20 mindən 200 min dollara qədər qiyməti olan kupe, sedan və krossoverlər daxil olub. Ənənəvi olaraq, Ward’s qalibləri əlifba sırası ilə düzür.
Beləlliklə, qaliblərin siyahısını ABŞ-da 276730 dollardan satılan Bentley Continental GT kupesi açır. Nəşrin jurnalistləri 1000 nəfərin əl ilə yığdığı interyerin bu siyahıya düşməmək şansının olmadığını bildiriblər. Onlar əsl ağac, metal və dərindən ibarət olan tərtibat materiallarının xüsusi ilə qeyd ediblər.
Siyahıdakı növbəti inteyer 119295 dollarlıq BMW M850i kupesinə məxsusdur.Ekspertler kupenin interyerinin erqonomikasını, displeylərin keyfiyyətini və tərtibat materiallarını,həmçinin səslə idarəetmə sistemini çox yüksək qiymətləndiriblər.
Ward’s ekspertləri 44895 dollarlıq Genesis G70 sedanının interyerində hər şeyin intiutiv anlaşılan olduğunu qeyd ediblər və belə bir salonda oturmağın xoş olduğunu bildiriblər. Onlar tavanın zamşa ilə tərtibatını, əsl alüminiumdan olan dekor elementlərini, yaxşı erqonomikanı və rahat arxa oturacaq cərgəsini xüsusi ilə qeyd ediblər. G70 sedanı salon tərtibatı üçün yeddi variantda dəri təklif edir və bu opsiya ödəniş tələb etmir.
Hyundai son səkkiz ildə Ward’s reytinqində yer alıb. 39905 dollara satılan Santa Fe modeli isə son dəfə 2013-cü ildə bu siyahıda yer alıb. Testlərdə krossoverin top variantı iştirak edib. Ekspertlər keyfiyyətli tərtibat materiallarını, səs sisteminin dinamiklərinin barmaqlıqlarının qeyri-adi dizaynını və salonun arxitekturasını qeyd ediblər.
Jeep Gladiator (51245 dollar) keçən il debüt edib. Ekspertlər salondakı bölmələri, çıxarılan Bluetooth dinamiklərini və ikinci cərgənin qatlanan oturacaqlarını, həmçinin asan yığışdırılan dam örtüyünü qeyd ediblər.
Lincoln Nautilus (67630 dollar) modelində ekspertlərin xoşuna gələn interyer elementləri alkantaradan tavan, bir çox detalın dəri ilə örtülməsi və ətraf işıqlandırmanın çoxsaylı rəng variantları olub. Eyni zamanda,SYNC multimedia sisteminin də rahatlığı qeyd olunub.
51935 dollara satılan Mercedes-Benz A-Class modelində ekspertlər MBUX multimedia sistemini, səs idarəetməsinin yeyin işləməsini, intuitive anlaşılan menyunu və keyfiyyətli ekranları bəyəniblər.
Bu siyahıda ən ucuz qiymətə - 23330 dollara satılan Nissan Kicks krossoveri də yer alıb. Ekspertlər krossoverin salonunda onun qiymətinə görə yaxşı materaillardan istifadə edildiyini, narıncı tikişləri olan rahat oturtacaqlarının olduğunu qeyd ediblər. Qənaətbəxş erqonomikanın və dairəvi görüntü sisteminin olması da ekspertlərin xoşuna gəlib.
39565 dollarlıq Toyota RAV4 ABŞ-da ən çox satılan krossoverlərdən sayılır. Ön panelin yumşaq plastiki, beş USB-girişi, ətraf işıqlandırma, keyfiyyətli audiosistem, istifadə edilən materiallar, qapı və oturacaqların tərtibatı üçün seçilmiş rəng sxemi ekspertləri razı salıb.
Volvo V60 (54690 dollar) modelinin interyerində ekspertlərə mərkəzi konsolun dizaynının “skadinav sadəliyi”, materialların keyfiyyəti, yumşaq plastiki, salonun ümumi “istilik” və rahatlığı xoş gəlib.