Elektrokarların populyarlaşması üçün iri tutumu olan batareyaların olması vacibdir. İllinoys unoversitetinin Çikaqo kampusunun alimləri indiki Litium-ion batareyalarında yeddi dəfə tutumlu olan litium-karbon dioksid (Li-CO2) batareyasının ilk prototipini hazırlayıblar. Belə batareyaların əsas çatışmamazlığı yenidən doldurmanın aşağı dövrüdür - 100. Bunun səbəbi kiməvi reaksiya zamanı karbonun ayrılmasıdır. Lakin, alimlər buna çarə tapıblar və artıq bu dövr 500 qədər artırılıb. Bir sözlə, elektrokarlar üçün uzun məsafəli yürüş yaxın zamanlarda problem olmayacaqdır.