Los-Anjeles şəhərinin sakini 30 il müddətində nadir Ferrari modelini ona məxsus olan binanın mənzilində gizlədibmiş. Amerikalı 1959-cu ilin Ferrari 250 GT PF modelini bir otaqlı mənzildə saxlamaq qərarına gəlmişdir. Bu qeyri-adi hadisəni Petrolicious nəşri işıqlandırmışdır.

Hollivuddakı mənzildə gizlədilmiş avtomobil haqqında məlumat onun sahibinin vəkili sayəsində üzə çıxmışdır. Hüquqşunas 1980-ci ilin ortalarından avtomobili mənzildə gizlətmiş sahibindən satın almışdır.

Amerikalı o zamankı Hollivudu təhlükəsiz rayon hesab etmədiyi üçün, avtomobilini qaçırılmaq təhlükəsindən sığortalamaq məqsədi ilə gizlətmək qərarına gəlmişdir. Bunun üçün o evin bir divarını sökmüş, sonradan isə yenidən tikmişdir. Bu müddət ərzində o müxtəlif ehtiyat hissələrini əldə edərək sportkarı müəyyən qədər bərpa etmişdir. O avtomobili zəlzələdən qorumaq məqsədi ilə xüsusi dayaqlara otuzdurmuşdur. Vəkil müştərisinin «sirrini» uzun müddət bilsə də, avtomobili bir müddət bundan öncə görmüşdür. Hüquqşünas ev sahibinin köçmək fikrini öyrəndikdən sonra ona avtomobili almaq istədiyini bildirmişdir.

Bununla belə, tərəflər sövdələşmənin məbləğini gizli saxlamağa üstünlük vermişdirlər. 

Ferrari modelini evdən çıxartmaq üçün yenidən divarı sökməli olmuşdurlar ki, bu işə beş saat vaxt sərf olunmuşdur. Avtomobilin yeni sahibi onun bərpasını davam etdirmək niyyətindədir. Ferrari 250 GT PF Coupe modeli 280 at qüvvəli 3,0-litrlik V12 mühərriki və beş pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilmişdir. Onun dizaynını Pininfarina atelyesi işləyib-hazırlanmışdır.      

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt