Amerika Birləşmiş Ştatlarının «Ward’s Auto» dərgisi illik «10 ən yaxşı avtomobil interyeri» müsabiqəsinin nəticələrini elan etmişdir. Amerikan dərgisinin səkkiz redaktoru iki ay ərzində 47 ədəd interyeri təhqiq edərək, onların dizaynını, estetikasını, tətbiq edilmiş materialların kefiyyətini, erqonomikasını, təhlükəsizliyini, elektron sistemlərdən istifadənin rahatlığını və sairə xüsusiyyətlərini təhlil etmişdirlər. «Ward’s Auto» dərgisi nümayəndələrinin qeyd etdiyi kimi, bu dəfə müsabiqənin qalibləri arasında premium avtomobill istehsalçılarının modellərinin interyerləri üstünlük təşkil etmişdir.

Belə ki, 2016-cı ildin qalibləri arasında 10 ən yaxşı interyerdən yalnız dördü kütləvi modellərə məxsusdur. Bunlara misal olaraq Honda Civic ailəsini, Nissan Maxima sedanını, Chrysler Pacifica minivenini və Chevrolet Camaro sportkarını göstərmək olar.

«Çox vacibdir ki, qaliblərin sırasında əvvəlki kimi geniş alıcı kütləsinə ünvanlanmış ucuz modellər mövcuddur. Bununla belə, ABŞ-da satılan avtomobillərin orta qiymətinin 33000 dollara yüksəldiyini nəzərə alsaq, «ucuz model» məfhumuna yenidən baxılması gərəkdir» - deyən «Ward’s Auto» dərgisi baş redaktoru Dryu Uinter izahat vermişdir.

Beləliklə bu ilin qaliblərini təqdim edirik: Audi TTS (58500 dollar), BMW 7-Series (129245 dollar), Cadillac XT5 (63845 dollar), Chevrolet Camaro (46095 dollar), Chrysler Pacifica (48455 dollar), Honda Civic (27335 dollar), Lexus RX (52968 dollar), Mercedes-Benz GLC (54360 dollar), Nissan Maxima (38750 dollar) və Volvo XC90 (84005 dollar).

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt