ABŞ-da “Şimali Amerikada ilin avtomobili, krossoveri və pikapı” (North American Car, Utility and Truck of the Year – NACTOY) milli müsabiqəsinin nəticələrinə yekun vurulub. Bu il, onlarla avtomobil jurnalisti və ekspertinin daxil olduğu münsiflər heyəti üç turda 47 namizədin arasından üç kateqoriyanın hər biri üzrə qalibləri seçiblər. Ən yaxşı minik avtomobili Acura Integra, ən yaxşı krossover Kia EV6 elektrokarı, batareyalı Ford F-150 Lightning isə ən yaxşı pikap seçilib.
Acura Integra liftbəki 2022-ci ilin yazında debüt edib və əsasən 31.000 dollarlıq başlanğıc qiymət sayəsində Şimali Amerika bazarında uğurla satışlara başlayıb. NACTOY münsiflər heyəti modelə 174 xal veriblər ki, bu da Integra modelinə digər iki finalçını - Genesis Electrified G80 və Nissan Z modellərini qabaqlamağa imkan verib.
WardsAuto nəşrindən olan münsiflər heyətinin üzvü Qari Vitzenburq - “Yenidən canlandırılmış Integra yaxşı görünür, yaxşı idarə edilir və öz seqmentində mexaniki transmissiyaya malik olan azsaylı avtomobillərdən biridir”.
Motor Authority nəşrini təmsil edən Kirk Bell, "İdarəetmə həzzi və qənaətcillik - gündəlik istifadə zamanı avtomobildən gözlədiyimiz məhz bunlardır", - deyə qeyd edib.
İlin krossoveri Kia EV6 qalibiyyət uğrunda Genesis GV60 və Cadillac Lyriq ilə mübarizə aparəb və nəticədə 258 səs toplayıb. "EV6 - yaxşı hazırlanmış elektromobilidir. Onu sürmək əyləncəli, doldurulması asan, görünüşü isə gözəldir", - CBS Radio Network radiosundanən Ceff Gilbert yekunlaşdırıb.
AutoEvolution nəşrinin nümayəndəsi Mətt DeLorenzo isə, böyük yürüş ehtiyatı, üslub və premial markalar səviyyəsində rahatlığa görə bu modelə üstünlük verib.
Nəhayət, Ford F-150 Lightning səs sayına görə Chevrolet Silverado ZR2 və Lordstown Endurance modellərini geridə qoyaraq Şimali Amerikada ilin pikapı olub. O, 483 xal toplayıb. Green Car Reports nəşrinin nümayəndəsi Benqt Halvorson - "F-150 Lightning, amerikalılar üçün ənənəvi avtomobili elektrik enerjisinə keçirməklə, onun necə yaxşılaşdırılacağını göstərir və bu, fantastikdir", - deyib.
Xatırladaq ki, keçən ilki Şimali Amerika avtomobili, krossoveri və ilin pikapı müsabiqəsinin qalibi yeddinci nəsil Hyundai Elantra modeli, Ford Mustang Mach-E elektrokrossoveri və F-150 pikapı olublar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.