Kaliforniyada fəaliyyət göstərən Vennon Performance şirkəti Porsche 911, 718 Cayman və 718 Boxster modelləri üçün xüsusi tüninq dəstini təqdim edib. Bu dəstin vasitəsi ilə sportkarları hibridə çevirmək mümkündür. Təkmilləşdirmələrdən sonra avtomobillərin çəkisi 50 kiloqram, gücü isə 177 at qüvvəsi və 200 Nm artır.
Tüner nazim-çarxın əvəzinə elektrik mühərrik-generatorunu, xüsusi idarəetmə blokunu, bir kilovat-saatlıq dartıcı batareyanı və invertoru quraşdırmağı təklif edirlər. Elektromotorun iş rejimi avtomobilin sürətindən, dirsəkli valın dövrələrindən və akselerator pedalının vəziyyətindən asılı olaraq tənzimlənir. Quraşdırılmış proqram təminatını smartfondakı xüsusi tətbiqin yardımı ilə yeniləmək olar.
Elektromotorun və daxili yanacaq mühərrikinin idarəetmə blokları bir-birindən ayrılıqda çalışır. Adi mühərrik elektrik sistemini eniş zamanı ağırlığın təsir qüvvəsi kimi qəbul edir. Yalnız bu qurğu təkcə elektrik ötürməsi ilə hərəkət etməyə imkan vermir. Bununla belə, elektrik qurğusunun rekuperasiya funksiyası, həmçinin elektrik mühərrikinin və batareyanın ayrıca soyudulması konturları mövcuddur.
2012-ci ildə və bu tarixə qədər istehsal edilmiş avtomobillər üçün 75 min dollar təşkil edir. Bundan başqa, şirkət sistemi 1965 -1997-ci illərdə buraxılmış Porsche modellərinə də adaptasiya etmək niyyətindədir.