Deloitte konsaltinq şirkəti müxtəlif ölkələrdəki istehlakçıların elektrikləşdirilmiş avtomobillərə olan münasibətlərini araşdırıb. Amerikalıların əksəriyyəti, daha dəqiq desək 69 faizi növbəti avtomobillərinin elektrokar və ya hibridlər olacağını düşünmürlər. Sorğuda iştirak edənlər səbəb kimi belə avtomobillərin aşağı yürüş məsafəsini və yükləmə stansiyalarının sayının kifayət qədər olmadığını göstəriblər.

Araşdırmaların nəticəsinə görə, amerikalıların cəmi 17 faizi nəqliyyat vasitəsini dəyişmək zamanı gəldikdə hibrid avtomobilini seçməyə hazırdır. Sorğuda iştirak edənlərin cəmi beş faizi qoşulan hibrid və eyni sayda istehlakçı isə elektrokar almağa hazırdır.

Deloitte eyni nəticəni Cənubi-Şərqi Asiyada da aldığını bildirib: orada daxili yanma mühərriklərinə üstünlük verənlərin sayı 66 faiz təşkil edir. “Yaşıl” avtomobillərin ən populyar olduğu ölkələr Çin və Hindistandır: bu ölkələrdə elektrik mühərriki olmayan avtomobillərə üstünlük verənlərin sayı 58 faizdir. 2035-ci ilə qədər DYM-lərdən intina etməyə hazırlaşan Almaniya və Avropa İttifaqı ölkələrində vəziyyət tam əksinədir: sorğuda iştirak edənlərin 51 faizi elektrikləşdirilmiş avtomobillərə səs veriblər.

Yaponiya sorğulananların 39 faizi, Cənubi Koreyada isə 37 faizi elektrik dartmasına malik olan avtomobillərin əleyhinədirlər. Bununla belə, yaponların cəmi 11 faizi, koreyalıların 23 faizi isə elektromobili seçiblər. Qeyd etmək lazımdır ki, sonuncu bu sorğudakı ən yüksək nəticədir.

Yaponiya, Hindistan və ABŞ sakinlərinin əksəriyyəti elektrokar və hibridləri öz evlərində, Cənubi Koreya və Asiya sakinləri isə ictimai yükləmə stansiyalarında doldurmağa üstünlük veriblər. Batareyalı avtomobilin alınması üçün əsas səbəbinin ətraf mühitin vəziyyətinin və qlobal istiləşmənin olduğu  göstərilib. İkinci yerdə yanacağa sərf edilən xərclərin azaldılmasıdır, lakin araşdırmalardan məlum olub ki, elektrik enerjisinin bahalaşması ictimayyətin marağını kəskin şəkildə DYM-lərə tərəf çevirə bilər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.