Mercedes-Benz şirkəti AMG Sport xəttinə aid olan «qaynar» avtomobillərin adını dəyişmək qərarına gəlmişdir. Bu xətt üzrə buraxılan avtomobillər alman şirkətinin model cərgəsində tam tüninq keçmiş modellərdən bir pillə aşağıda qərarlaşmışlar. Bu qəbildən olan modellər «43» indeksi alacaqlar və Mercedes-Benz deyil, Mercedes-AMG adı altında satılacaqdırlar. Bu barədə xəbəri Car&Driver nəşri dərc etmişdir. Misal üçün, 367 at qüvvəli mühərriklə təchiz edliən Mercedes-Benz C450 AMG Sport modeli ad dəyişmədən sonra Mercedes-AMG C43 adlandırılacaqdır. Alman şirkəti yeni debüt etmiş E-Class modelinin «qaynar» modifikasiyasını buraxdıqdan sonra, bu model Mercedes-AMG E43 adlanacaqdır. Hazırda E-Class ailəsində belə bir model mövcud deyildir.

Nəşrin bildirdiyinə görə, belə qərarın qəbul edilməsi AMG avtomobilləri ilə AMG Sport xəttinə daxil olan avtomobilləri daha çox ayırmaq məqsədi daşıyır. Bunlardan birincisi güclü V8 mühərrikləri, ikincisi isə zəif V6 mühərrikləri ilə təchiz edilir. «43» indeksi ilk dəfə keçən ilin dekabrında təqdim edilmişdir. Bu  367 at qüvvəli mühərriklə təchiz edilmiş SLC rodsteri idi.

Beləliklə, Mercedes-Benz modellərinin ikinci dəfə geniş miqyaslı ad dəyişimi gözləyir. 2014-cü ilin əvvələrində alman markası dörd modelin adında dəyişiklik etmişdir. Bu zaman GL və ML krossoverləri yenilənmədən sonra GLS və GLE, GLK modelinin yeni nəsli GLC, SLK rodsterini isə SLC adlandırmışdılar.

AMG Sport xətti isə bir az sonra təqdim edilmiş və bu xəttin ilk nümayəndəsi C450 AMG Sport modeli olmuşdur. Sedan alman şirkətinin model cərgəsində C400 və C63 modelləri arasında yer tutmuşdur. Sonradan GLE və GLE Coupe modellərinin müvafiq modifikasiyaları təqdim edilmişdir.