Amsterdam şəhərinin hakimiyyəti 2030-cu ildə şəhərə daxili yanacaq mühərriklərinə malik olan avtomobil və motosikllərin girişini qadağan edəcək tədbirlər planını hazırlayıb. Yeni qaydaların mərhələli tətbiqinə gələn ildən başlanacaqdır ki, ilkin olaraq 15 ildən çox yaşı olan dizel avtomobillərinə A10 dairəvi yoluna giriş qadağan ediləcəkdir.
The Gaurdian nəşrinin yazdığına görə, Niderland paytaxtının hakimiyyəti bu yolla şəhər sakinlərinin orta yaşama müddətinə mənfi təsir göstərən zərərli tullantılar səviyyəsini azaltmaq istəyir. Clean Air Action planına əsasən, ilkin olaraq 2005-ci ilə qədər buraxılmış dizel avtomobillərinin şəhərə girişinə qadağa qoyulacaqdır. 2022-ci ildə isə şəhəri DYM-ləri olan avtobuslar üçün bağlayacaqdırlar. 2025-ci ildə bu gəzinti qayıq və katerlərinə şamil ediləcəkdir.
Amserdam hakimiyyəti yeni qaydaların sakinləri elektrik və hidrogen avtomobillərinə keçməsinə rəvac verəcəyindən əmindirlər. Sıfır tullantıları olan işlənmiş avtomobillər bazarının da inkişaf edəcəyi gözlənilir. Bundan başqa, şəhər administrasiyası 16-23 min arasında elektrik yükləmə stansiyaları inşa etməlidir. Hazırda şəhərdə olan belə stansiyalaın sayı cəmi üç mindir.