Bir müddət bundan öncə, Belçikadakı anbarların birində üç ədəd unikal Bugatti avtomobilinin aşkar edildiyini yazmışdıq. Bu gün həmin hadisəyə aydınlıq gətirilib. Sən demə, bu avtomobillər belçikalı heykəltaraş Avqust Tomassenə məxsus olub. Heykəltaraşa avtomobilləri satmaq haqqında təkliflər daxil olsa da, o bu günə qədər bu təkliflətə rədd cavabı verib.
Tomassenin qızının “De Telegraf” qəzetinə bildirdiyinə görə, onun atası fransuz markasının çoxdankı həvəkarıdır. O, avtomobillərini keçən əsrin 50-60-cı illərində əldə edib. Avtomobillərin dizaynı və texnologiyaları heykəltaraşı heyran edən amillərdən olub. Avqust Tomassen uzun illər ərzində 1932-ci ilin Type 49 Berline və 1937-ci ilin Type 57 Cabriolet modellərindən gündəlik işlərində istifadə edib. Üçüncü Type 40 modeli üçün isə, Tomassen orijinal kuzov yaratmaq fikrinə düşüb.
1937 Bugatti Type 57 Cabriolet par Graber
Tomassenin qızının sözlərinə görə, ailə maliyyə çətinliyi çəkdiyi zamanlarda belə heykəltaraş avtomobilləri satmaqdan imtina edib. O, avtomobilləri öz studiyasındakı anbarda gizlədərək, girişi qum dolu torbalarla bağlayıb. Keçən ilə qədər üç avtomobil sarayda qalıb. Artıq avtomobilləri idarə etmək qabiliyyətindən məhrum olan 95 yaşlı Tomassen onları satmaq qərarına gəlib.
1932 Bugatti Type 49 Berline 2/4 portes Vanvooren
Ekspertlərin fikrincə, üç avtomobilin ümumi dəyəri bir milyon dollara bərabərdir. 1932-ci ilin Bugatti Type 49 Berline 2/4 portes Vanvooren 150-200 min avroya, 1937-ci ilin Bugatti Type 57 Cabriolet par Graber — 400-600 min avropa, 1929-cu ilin Bugatti Type 40 modeli isə 100-150 min avroya qiymmətləndirilib.
Avtomobillər Artcurial’s Rétromobile hərracında satılacaqdırlar.