Anbarlardakı tapıntılar hər zaman heyrətamiz olacaqlar. Məsələn, dədə-babadan qalma anbarda tarixdə iz qoymuş avtomobilləri aşkar etmək ən həyəcanverici anlardan biridir. Məsələn, bu yaxınlarda Fransada aşkar edilən kolleksiyada böyük sayda məşhur klassik avtomobillər var.
Fransız mühəndis Pyer Heron tərəfindən 1965 - 1973-cü illər arasında yaradılmış kolleksiyada 1920-ci ildə istehsal olunmuş klassik fransız avtomobilləri və bir ispan kupesi var. Deyilənə görə, 14 yaşında olan Heron Paris avtosalonunu ilk dəfə ziyarət etdikdən sonra, əsl avtomobil vurğununa çevrilib. Məqaləyə əlavə etdiyimiz videoçarxda fransız mühəndisinin anbarında aşkar olunmuş təəccüb doğuran tapıntlar əks etdirirlir.
Aşkar edilən klassik avtomobillər arasında ən unikalı (çox güman ki, eyni zamanda ən bahalısı) 1954-cü ilin Talbot Lago T26 GSL modelidir. 111007 şassi nömrəsində malik olan avtomobil 15 nüsxədə buraxılmış kupelərdən biridir. Bundan başqa, kolleksiyada bir neçə Delahaye avtomobili də var. Onlardan biri 800833 şassi nömrəsinə malik olan 1948-ci ilin Delahaye 135 M Cabriolet “El Glaoui” kabrioletidir. Bu, Figoni & Falaschi tərəfindən buraxılmış 18 kabrioletdən biridir.
1928-ci ilin Hispano-Suiza Type 49 Coach modeli bu kolleksiyada olan yeganə qeyri-fransız avtomobilidir. Kupe İspaniyada istehsal edilib, 8013 nömrəli şassiyə malik olan avtomobil tam orijinaldır və bu günə qədər heç bir bərpa prosesindən keçməyib.
2018-ci ildə hərracda satılmış ultra unikal Delahaye 135 Competition (yuxarıdakı qalereyada) modelindən fərqli olaraq, bu kolleksiyadakı avtomobillər o qədər də böyük vəsait tələb etmirlər. Tələb olunan qiymət nisbətən azdır, səbəb isə məlumdur - avtomobillər “anbar vəziyyətindədirlıər” və müstəqil şəkildə səyahətə yollanmazdan əvvəl geniş bərpa prosesindən keçməlidirlər.
Pyer Heronun kolleksiyasındn olan avtomobillərin 24 ədədi 2022-ci ilin iyulunda keçiriləcək Artcurial hərracında satışa çıxarılacaqdırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.