Art Machines by AJ şirkətini yaradıcısı, Lykan Hypersport və ən son Caterham avtomobillərinin dizaynının müəllifi olan Antoni Canarellidir. Şirkət özünü restomodların butik istehsalçısı kimi səciyyələndriir. Şirkətin debüt layihəsi Ferrari 360 Modena sportkarının şassisi üzərində inşa olunduğu iddia edilən Ælla-60 sportkarıdır. Dizayn baxımından yeniliyin orijinalla heç bir ortaq cəhəti olmayacaq, çünki onun xarici görünüşü Cannarellinin başqa bir əsərini - səkkiz il əvvəl təqdim edilmiş Design-1 rodsterini xatırladır.
Ancaq texniki baxımından iki avtomobil arasındakı fərq göz qabağındadır. Design-1 modeli Nissan 350Z kupesindən götürülmüş 3.5-litrlik V6 ilə təchiz olunduğu halda, Ælla-60 modeli 3.6-litrlik V8 atmosfer mühərriki ilə hərəkətə gələcək. 360 Modena modelində bu aqreqat 400 at qüvvəsi və 373 Nm fırlanma anı hasil edirdi, lakin Canarellinin sportkarında onun gücü 500 at qüvvəsinə yaxın olacaq. Transmissiya əlbəttə ki, mexaniki ötürmələr qutusundur, ötürmə arxa oxadır - ümumiyyətlə, Ælla-60 sportkarını idarə etmək əyləncəli olmalıdır.
Yaxşı dinamikanı 1130 kiloqram ətrafında olan aşağı çəki təmin etməlidir - ilk "yüzlüyə" sürətlənmə təxminən 3,5 saniyə çəkməlidir. İnteryer də xarici görünüşə uyğunlaşdırılacaq. Renderlərdə klassik üslubda dəbli metal tumblerləri, analoq cihazlar panelini və dəri üzlüklü karbonplastik “çalovları” görmək olar.
Ümumilikdə, Ælla-60 sportkarını 60 nüsxəlik məhdud saylı tirajla buraxmaq olanlaşdırılır. Onların hər birinin qiyməti 865 min avrodan başlayacaq. Sportkarın istehsalı Scuderia Cameron Glickenhaus, Automobili Amos ilə əməkdaşlıq edən və Tesla Model Y modelinin asqısını hazırlamış Podium Advanced Technologies mühəndislik şirkəti tərəfindən həyata keçirəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.