Ferruçço Lamborgini haqqında çəkiləcək bədii filmdə baş rolda Antonio Banderas çəkiləcəkdir. Bu barədə xəbəri Variety saytı dərc etmişdir. Filmdə həmçinin Alek Bolduin də rol alacaqdır. Amerikan aktyoru Enzo Ferrarinin rolunu ifa edəcəkdir. Filmin rejissoru «Poçtalyon» dramatik filmini çəkmiş Mayk Redford, ssenaristi isə, «Çarpışma» və «Bir milyonluq balaca» filmlərinin üzərində çalışmış Bobbi Moresko olacaqdır.
Filmin ssenarisi, Lamborghini şirkətinin əsasını qoymuş Ferruçço Lamborginin oğlu Toninonun yazdığı «Ferruccio Lamborghini. La storia ufficiale» («Ferruçço Lamborgini. Rəsmi tarix») kitabına əsaslanacaqdır. «Mənin kitabım, mövcud olan əfsanə və anekdotları söyləyən,həmçinin şöhrət axtarışında olan insanların uydurduqlarının əksinə olaraq, atamın real həyatını doğru və düzgün əks etdiyən yeganə əsərdir. Mən əminəm ki, filmdə atamın necə bir şəxsiyyət olduğu haqqında danışmaq imkanı olacaqdır. O, enerji, xarizma və ehtiraslarla dolu bir insan idi», - Tonino Lamborhini bildirmişdir.
Filmin ekranlara nə zaman çıxacağı məlum deyildir.