Adətən Rolls-Royce sahiblərinin yüksək zövqə malik olduğu söylənilir. Bununla belə, bir sıra avtomobil sahibləri, dəbdəbəli markanın adına layiq olmayan, açığını desək yüksək zövqlə heç bir əlaqəsi olmayan avtomobillər sifariş etməkdən çəkinmirlər.

Diqqət yetirsək, bu sifarişlərlə məşğul olan tünerlərin diqqət mərkəzində Wraith kupesinin olduğunu müşahidə etmək olar. Bu dəfə diqqətinizi ABŞın Milli Futbol Liqasının (NFL) oyunçusu Antonio Braunun hazırlatdığı dəbdəbəli kupeyə yönəltmək istərdim. Çox güman ki, amerikan futbol ulduzunun sifarişi ilə hazırlanan avtomobilin kapotu, damı və baqaj bölümünün qapağı elə zavoddaca sarı rəngə boyanmışdır. Qara rəngli kuzovun üzərdə həkk edilmiş Qalaktika rəsmi isə sonradan meydana gəlmişdir, və böyük ehtimalla idmançının avtomobili müvafiq şəkildə hazırlanmış vinil qatı ilə örtülmüşdür.

Mənim fikrimcə, avtomobilin görkəmi bir qədər natamam təsir bağışlayır ki, bununda ilk səbəbi standart təkər disklərinin olmasıdır. Bu işi sona çatdırmaq üçün qara və ya sarı rəngli təkər disklərinə, həmçinin qara rəngli radiator barmaqlığına və pəncərə haşiyələrinə ehtiyac vardır.

Image alt Image alt Image alt Image alt