Apex Motors şirkəti Londonda keşirilmiş xüsusi tədbirdə AP-0 elektrik trek avtomobilinin konseptini təqdim etdirib. İctimai yollarda istismarına icazə verilmiş yüngülləşdirilmiş kupe məşhur ingilis dizayner Qay Kolborn ilə birlikdə hazırlanıb və üçüncü səviyyəli avtopilotla təchiz edilib.

Apex AP-0 modelinin əsasını avtomobilin ön və arxa hissəsini birləşdirən mərkəzi “onurğası” və modul alt çərçivələri olan karbon monokok təşkil edir. Asqı – hündürlüyü tənzimlənən dayaqlar və Formula 1 bolidlərinin üslubunda təkanverici çubuqlardan ibarətdir. Superkarda 19 və 20 düymlük təkər diskləri (müvafiq olaraq ön və arxa), 360 və 340 millimetrlik karbon-saxsı diskləri olan əyləclər qyraşdırılır. AP-0 uzunluğu Porsche 718 Cayman modeli ilə müqayisə oluna bilər, lakin superkar alman sportkarından daha geniş və alçaqdır. Superkarın kütləsi 1200 kiloqramdır.

Apex AP-0 modelinin xarici görünüşündə Formula 1 bolidləri və Le Man sportprototiplərinə olan istinad özünü büruzə verir. Avtomobilin altlığının xüsusi forması onun altında aşağı təzyiq zonası yaradaraq, döngələrdə kupeni daha çox yerə sıxır. AP-0 modelinin klirensi 95 millimetr təşkil edir.

Apex superkarının güc qurğusu arxa oxda quraşdırılmış elektrik mühərriki və 90 kilovat-saatlıq litium-ion batareyadan ibarətdir.  Döşəmənin altına quraşdırılan qurğunun çəkisi 550 kiloqramdır. Elektrik mühərriki 658 at qüvvəsi və 580 Nm fırlanma anı hasil edir. Trek avtomobili 100 km/saat həddinə 2,3 saniyəyə  sürətlənir.  Bənzər dinamikaya 1842 at qüvvəsinə malik olan Hennessey Venom F5 modeli malikdir. AP-0 modelinin maksimal sürətinin 306 km/saat olduğu bildirilib.

AP-0 modelinin yürüş ehtiyatı 515 kilometr (WLPT) təşkil edir. Onun batareyası 350 kilovatlıq yükləməni dəstəkləyir. Batareyanın 80 faizinin doldurulmasına 15 dəqiqə kifayət edir. Batareyanın adi 22 kilovatlıq terminaldan doldurulmasına 8 saat gərəkdir.

Apex superkarının salonunda karbondan hazırlanmış “çömçə” oturacaqlar, alüminium və karbondan hazırlanmış, dəlikli dəri ilə işlənmiş sükan çarxı quraşdırılmışdır.

Apex AP-0 modelinin xüsusiyyətlərindən biri,köndələn stabilizatora bərkidilmiş lidardır. Bu lidar avtomobilin ətrafındakı məkanı gözdən keçirərək, məkanın üçölçülü xəritəsini tərtib edir. Lidar istənilən hava şəraitində 100 metrlik məsafəni "görür" ki, bu da sürücüyə yardım sistemlərinə (ADAS) mümkün olan təhlükələri daha dəqiq müəyyən etməyə kömək edir.

ADAS sistemi zolağa nəzarət funksiyası və adaptiv kruiz-kontrolu olan üçüncü səviyyəli avtopilotdur. Şirkət, gələcəkdə bu sistemin imkanlarını proqram təminatının yenilənməsi vasitəsi ilə genişləndirməyi nəzərdə tutur. Bundan başqa, elektromobil tamamlanmış reallığı olan holoqrafik displey və virtual yarış məşqçisi ilə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Apex superkarı İngiltərənin Surrey şəhərində inşa ediləcək zavodda istehsal ediləcəkdir. Avtomobilin istehsalı 2022-ci ilin dördüncü rübündə başlanmalıdır. Superkarın başlanğıc qiyməti 150.000 funt sterlinqdir.